Əsas səhifə Məqalələr Fərdi inkişaf Sıfırdan sərvət qazanan insanların 6 ortaq özəlliyi

Sıfırdan sərvət qazanan insanların 6 ortaq özəlliyi

2611
Paylaş

Dr. Jude Miller Burxanın yazdığı “Milyonçu olmağın sirrləri” adlı kitabda öz zəhməti ilə zəngin olan insanlara aid bir çox ipucları yer alır. Kitabda bu insanların ortaq xüsusiyyətləri isə 6 ayrı maddədə toplanıb:

Onlar optimistdir

Optimist insanlar mənfi nəticələr qarşısında belə problemin həllinə yönəlirlər. Öz zəhmətiylə zəngin olmağı bacara bilən insanlar optimistlikləri sayəsində ən pis vəziyyətlərdən belə çıxmağı bacarırlar. Araşdırmalar da zəngin insanların optimizm mövzusunda digər insanlardan daha qabaqda olduqlarını göstərir.

Onlar ehtiraslıdır

Zəngin insanlar ehtiraslarının arxasınca gedirlər. Çünki ehtirasları onlara enerji verir, onları inadkar göstərir. Ehtiras onların uğuruna daha çox təsir edir.

Onlar həvəslidir

Bunu uzun uzun şərh etməyə ehtiyac yoxdur. Hansı işi görməyinizdən aslı olmayaraq əgər işinizə qarşı həvəsiniz yoxdursa uğur qazanmağınız asan olmyacaq.

Onlar ünsiyyətçildirlər

Öz zəhmətiylə zəngin olan insanların romantik zəkaları digər insanlara görə daha çox inkişaf etmişdir. Bu səbəblə ünsiyyət mövzusunda olduqca müvəffəqiyyətli olurlar. Yüksək səviyyəli ictimai bacarıqları qurduqları əlaqələrdə də onlara fayda təmin edir.

Onlar səmimidirlər

İşində səmimi və rahat olmayan birinin müvəfəqiyyət qazandığı az hallarda görülüb. Zəngin insanlar kiçik jestlərlə qarşılarında olan insanları xoşbəxt etməyi çox yaxşı bilirlər.

Onlar duyğularına nəzarət edə bilirlər

Hər nə qədər işləri üçün çox ehtiraslı və həvəsli olsalar da öz əməyiylə bir yerlərə gəlməyi bacaran şəxslər duyğularına nəzarət etməyi çox yaxşı bacarırlar. Bir mövzu haqqında 2-3 dəfə düşünmədən əsla danışmazlar. Onlara zərər verə biləcək bütün faktorlardan uzaq dayanmağa çalışırlar.

Varlı insanların 5 ortaq özəlliyi