Mənim haqqımda nə istəsəniz düşünə bilərsiniz, amma mən əlimdə olan hər bir şeyi təkbaşına əldə etmiş insanlardan deyiləm. Film çəkilişində yüzlərlə insan mənə kömək edirdi. Və milyonlarla insan mənim qubernator vəzifəsinə keçməyimə səs verdilər. Sizcə hər şeyi tək başına əldə etdiyimi necə deyə bilərəm?
- Budapeştdə Terminator-6 filmini çəkir.
- Onun həm də sərmayəçi olduğunu bilirdiniz?
- Həmişə irəliləməyə gücüm olub. Adi bir şeylər məni qane etmir. Mən öz arzumu çox aydın görürdüm, hər gün 5 saatlıq məşq + dünyada ən yaxşı bodibilder olacağıma dərin etimadım var idi.
- Qalan hər bir şey idman sahəsindəki nailiyyətlərimin prinsiplərinə əsaslanırdı.
- Birincisi – təsəvvür yaratmalısan – sən kim olmaq istəyirsən? Və hara gedirsən?
- İkincisi – sənə inanmayan insanlara qulaq asma
- Üçüncüsü- çox çalışmalısan, asan yol yoxdur, çalış, çalış, çalış. Sənə 6 saatlıq yuxu kifayət etmir? O zaman daha sürətli yat!
- Mən hər gün məşq edirəm! Özünüzü inkişaf etdirmək üçün gündə bir saat vaxt tapın!
- Həyatımda özümü heç vaxt yaxşı biri kimi hiss etmirdim, bu, məni irəliləməyə təşviq edib. Həmişə məndən daha üstü olan insanlara baxırdım.
- Niyə insanların əksər hissəsi təslim olur? İlhamlanmaq çox vacibdir! Hər birimizin dəstəyə ehtiyacımız var!
- Əldə etdiyim hər bir şeyə təkbaşına nail olan insanlardan deyiləm. Dinlədiyim və mənə kömək edən insanların sayı çoxdur. Milyonlara insan mənə səs verdi və mən qubernator oldum.
- İdmanda ilk saniyədən deyil, ağrı hiss edəndən sonra geri saymağa başlayın.
- Eyni bir şeyi dəfələrlə etmək lazımdır. Yalnız bu halda mükəmməlliyə nail ola bilərsən.
- Dəfələrlə məğlub olmuşam. Hər bir kəsin həyatında həm müvəffəqiyyət, həm məğlubiyyət olur. Əsas məğlubiyyətinizi necə qəbul etməyinizdir. Siz onu qəbul edirsiniz, inkar edirsiniz yoxsa nəticə çıxarırsınız?
- Uğursuz insan – yıxılandan sonra yenidən ayağa qalxan insandır. Məğlubiyyətlərdən daha çox dərs götürmüşəm.
- Məğlub olduğum zaman, hakimlərə yaxınlaşıb soruşurdum: “Niyə mənə az bal yazmışınız?”. Birinci yer tutduqda, biz heç nə soruşmuruq. Nahaq.
- Atamın mənə verdiyi dərslər, mənim üçün çox faydalı olublar. Birincisi – faydalı ol, insanlar üçün faydalı ol!
- Əgər heç kimə müvəffəqiyyətli olmaqda kömək etməmisənsə, özün də müvəffəqiyyətli sayılmırsan.
- Arnold 5 uşaq atasıdır və onların hər birinin dəstəyə ehtiyacı var. Əsas məsləhət – sevdiyin işi tap və onla məşğul ol!
- Robotlar haqqında sual. Cavab: “Unutmayın, mən maşınam” (1984, 1 Terminator)
- Əgər 1984-cü ilə geri dönə bilsəydim, yaşıl eko-texnologiyalara üstünlük verərdim. Ekoloji çirkablardan ildə 7 milyon insan məhv olur.
- Tramp haqqında cavab: hər bir insanın səhv etmək hüququ var!
- Sənin yolun, iradən olduğu yerdədir!
- Biz hadisələrə nəzarət edirik, onlar bizə yox. Amma gələcəkdə hər şey dəyişə bilər.
- Hansı istiqamətdə irəli getdiyimi yaxşı təsəvvür etməliyəm!