Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Samsung şirkəti qatlana bilən smartfon üzərində çalışır

Samsung şirkəti qatlana bilən smartfon üzərində çalışır

176
Paylaş

 Samsung şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-u hələ heç satışa çıxartmayıb, lakin artıq indidən onun davamçısı barəsində ilk məlumatlar internetdə ortaya çıxmağa başlayıb. Koreyadan olan kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən şirkət daxilində Galaxy Fold modelindən tamamilə fərqlənəcək dizayna və ekran formalarına sahib yeni qatlana bilən smartfon modelləri üzərində iş gedir. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib.

 

  Galaxy Fold smartfonunun ekranının istehsalında polimer materialdan hazırlanmış altlıqdan istifadə edilir. Həmin altlıq adi smartfon modellərində olan altlıqlardan 50% daha nazikdir. Bu isə öz növbəsində Samsung-un yeni cihazlar yaratmasında yeni imkanları ortaya çıxardır. Ortaya çıxmış məlumatlara əsasən şirkət bu il ərzində və tərzli qatlana bilən modellər yaratmağı planlaşdırır. G tərzli cihazın özəlliyi ondan ibarət olacaq ki, o, daxili istiqamətə G hərfi formasında ikiqat qatlanacaq. Tam açıq vəziyyətdə isə cihaz 8 düym ekrana sahib planşetə çevriləcək.

    S tərzli cihaz isə S hərfi formasında qatana biləcək 3 moduldan ibarət olacaq. Tam açıq şəkildə həmin cihaz 13 düym ekrana sahib olacaq. Məlumata əsasən həmin yeni cihazların hazılanmasında istifadə olunan komponentlərdən həmçinin Galaxy Fold-un hazırlanmasında da istifadə olunub. Lakin yeni cihazların ekranları ilə Galaxy Fold-un ekranı bir-birilərindən tamamilə fərqlənirlər. Şirkətin yeni qatlana bilən smartfon modellərinin çıxış tarixləri barəsində heç bir məlumat verilməyib.