Vergilər Nazirliyi reklamla bağlı tender elan edir

Date:

Paylaş:

Azərbaycan Respublikasının Vergilər Nazirliyi açıq məkanda reklam yerləşdirilməsinin satın alınması ilə bağlı tender elan edir.

Tender 1 (bir) lot üzrə keçiriləcək.

 lot 1 – Açıq məkanda reklam yerləşdirilməsi 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 (Əlaqələndirici şəxs : GÜLBAHAR QASIMOVA ZİYADXAN QIZI , telefon : (+994 12) 403-87-91) ünvanından ala bilərlər.

İştirak haqqı:

  • lot 1 – 1000 AZN


Bank rekvizitləri:

  • Hesab: AZ65CTRE00000000000002118401

  • VÖEN: 1401555071

  • Bank: “Dövlət Xəzinədarlığı Agentliyi”

  • Kodu: 210005

  • M/H: AZ41NABZ01360100000000003944

  • S.W.İ.F.T: CTREAZ 22


İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bankgünü qüvvədə olmalıdır);

  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

  • 10. Digər sənədlər: – İddiaçının Azərbaycan Respublikasında vergilərə, digər icbari ödənişlərə dair yerinə yetirilməmiş və vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış (Vergilər Nazirliyinə ünvanlanması göstərilməklə); – İddiaçının ixtisas göstəricilərinə dair sənədlər; – İddiaçının rəhbərinin şəxsiyyətini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərin surəti; – Satınalma müqaviləsinin yerinə yetirilməsinə əsas rəhbərlik edəcək və texniki işləri yerinə yetirəcək işçilərin ixtisası və təcrübələri barədə məlumat; – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli 598 nömrəli Qərarı ilə təsdiq edilmiş icazə müqaviləsi və icazə müqaviləsinə əlavə; – Tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.06.2019 18:00 qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 04.06.2019 16:00 tarixində AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...