Öncəki yazılarımızda maraqlı biznes ideyalar ilə tanış olmusunuz. Bəziləri uğurla başlasa da sonda uğursuz olmuş bəziləri isə sahiblərinə yaxşı pul qazandırıb.Bu məqaləmizdə isə təsadüf nəticəsində yaranan və sahiblərini milyonçu edən ideyalarla tanış olacaqsınız.
Hazırkı dövrdə bir çox insan öz işindən əlavə olaraq xırda biznes qurmaq və ya hər hansı bir iş qurmaq haqqında düşünür. Çox güman ki, siz də həyatınızda ən azı bir dəfə biznes qurmaq fikrinə düşmüsünüz və gəlirli biznes sahələri haqqında internetdən məlumatlar almısınız. Bəzi insanlar böyük bəziləri isə kiçik biznes qurmaq istəyirəm deyərək biznes dünyasına qatılır. Ancaq bəzi insanlar da özləri də bilmədən maraqlı biznes ideyalari ilə milyonçu olurlar. Aşağıdakı nümunələrdə yeni və qəribə biznes ideyaları ilə milyonçu olan insanlar haqqında oxuya bilərsiniz.
Slankets
Slankets xüsusi bir qola və ciblərə sahib olacaq şəkildə yaradılan bir ədyaldır. Gary Clegg bu qəribə fikri universitet yataqxanasında qaldığı zamanlarda hazırlayıb. Clegg soyuq bir qış gecəsi TV izləyən zaman kanal dəyişdirmək üçün ədyaldan əlini davamlı şəkildə çıxarmaq məcburiyyətində qaldığını görür. Anasına ədyala qol tikmək istədiyini söyləyir. Anası bunu qəribə qarşılasa da oğlunun istəyini yerinə yetirir.
Clegg 2004-cü ildə qardaşının da dəstəyiylə bu ədyalın istehsalı üçün ilk addımları atır. Cleggin sadə amma təsirli fikri görülməmiş bir müvəffəqiyyət əldə edir. Slankets adlı məhsul elə sevilir ki Snuggies adlı yeni bir şirkət ortaya çıxır. Clegg 2009-cu ildə işini qurduqdan yalnız beş il sonra 7 milyon dollar qazanır.
Qırmızı ayaqqabı dabanları
Bu sadə ancaq möhtəşəm fikir 16 yaşlı İrlandiyalı bir gənc tərəfindən hazırlanıb. Tara Haugthon İrlandiyada yaşayan bir moda vurğunudur. Lakin digər moda sevərlər kimi dizayn etmək üçün kifayət qədər vəsaiti yox idi.
Haugthon İspaniyada keçiriləcək bir toya qatılmaq üçün yeni ayaqqabı satın alır. Ayaqqabının altındakı bir etiket soyulur və oraya qırmızı konfet yapışır. Bu görünüşün gözəlliyinin fərqinə varan gənc təşəbbüskar dikdaban ayaqqabıların altına qırmızı etiket qoyma işinə girişir. Qısa müddətdə müvəffəqiyyətli olur və Rosso Solini adlı şirkətini qurur. Bu gün marka 23-dən çox ölkədə tanınır. Son zamanlarda isə İngiltərə və Avstraliyada imzaladığı müqavilələrlə gündəmə gəlib.