İş adamları üçün TOP-5 mobil tətbiq

1
808
Sizin ev işlərinizlə və biznes tapşırıqlarınızla süni intelekt əsasında yaradılan köməkçiniz məşğul olursa, gələcək daha da parlaqdır. Hazırda isə ixtiraçılar komandasının başı sahibkarların həyatını asanlaşdıracaq mobil tətbiqin yaradılmasına qarışıb. Fins.az sizə biznesmenə faydalı olan 5 maraqlı proqlam seçib.

atWork

Məqsəd: iş vaxtının izlənməsi
Qiyməti: pulsuz
Bu tətbiq sizə iş vaxtına və saatına görə əmək haqqını hesabamaqda kömək edəcək. Proqram saatla işləyən frilanser və bossların həyatını asanlaşdıracaq. Burada konkret müştəri və vaxta uyğun olaraq orta əmək haqqına və əlavə iş dəyərinə də baxmaq olar. Məlumatları e-mail, “Excel” və ya “Numbers”-a ixrac etmək, “Dropbox”-da pdf-fayl formatında saxlamaq və yaxud çap etmək olar.
Manat converter
Məqsəd: manatın əsas valyutalara qarşı olan məzənnəsi, neftin və qiymətli metalların qiymətini anında öyrənmək
Qiymət: pulsuz
Azərbaycan Mərkəzi Bankının təyin etdiyi valyutaların kursunu əks etdirən rahat və funksional tətbiqetmə.

Documents 6

Məqsəd: fayl meneceri
Bu mobil tətbiq  sənədlərlə ultra-savadlı iş üçün nəzədə tutulub. Proqram e-maillərdən gələn tətbiqləri yükləmək və saxlamaq, brauzerin səhifələrini izləmək, kitabları internetə çıxış olmadan oxumağa imkan verir. Proqram pdf və zip-arxivlərdən tutmuş mp3-dək, film və fotoşəkillər daxil olmaqla bir çox formatları tanıyır. Əsas üstünlüyü məlumatı bir yerdə toplayaraq Dropbox, Google Drive, iCloud kimi bulud saxlamaları ilə asan inteqrasiya olunmasıdır. “Drag and Drop” texnologiyası faylları papkalar arasında bir toxunuşla köçürmək qabiliyyətinə malikdir.

Business Card Reader

Məqsəd: vizit kartlarının skan edilməsi və kontaktların idxalı
Qiymət: pulsuz
Ağıllı skaner biznes-kartın şəklini cəkəcək, telefonu format edəcək və əsası ordakı məlumatı smartfonunuzdakı kontaktlara köçürəcək. Tətbiq 25 dildə mövcuddur və Facebook, Linkedİn kimi sosial şəbəkələrdə əlavə məlumat toplaqmağa kömək edir.

Biznes ədəbiyyat: kitablar və audiokitablar

Məqsəd: professional və şəxsi inkişaf
Qiymət: pulsuz
Bill Geyts və Riçard Brenson kimi tanınmış milyarderlər kitab oxumağı ən vacib iş sayır. Bu tətbiqdə marketinq, HR, maliyyə, özünü inkişaf və tanınmış biznesmenlərin bioqrafiyası üzrə minlərlə kitablar var. Nəyi oxuya bilməsəniz, qulaq asa bilərsiniz.

1 COMMENT