Sahibkarlar Tehranda keçiriləcək sənaye sərgisinə dəvət olunur

0
801

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Tehranda keçiriləcək sərgidə iştiraka dəvət olunurlar.

AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, yanvarın 30-da Tehranda yemək sənayesi və yuyucu vasitələr, sanitariya, kosmetika, sellüloz sənayesi və onunla əlaqəli olan sənaye sahələrinin ilk ixtisaslaşdırılmış beynəlxalq sərgisi açılacaq. Sərgi fevralın 2-dək davam edəcək.

Sərgidə iştirak etməkdə maraqlı olanlar əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərlər: http://azpromo.az/uploads/files/news/9796c6274cf124f512ec5ba57929cf19.pdfhttp://azpromo.az/uploads/files/news/6ac02cd6d0da6d004a0219fcd4ff9868.pdf.