Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Fransada keçiriləcək sərgidə iştiraka dəvət olunurlar.
Bizplus.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, oktyabrın 21-də Parisdə “SIAL Paris – Qida məhsulları sahəsində biznesin təşviqi” adlı sərgi açılacaq. Sərgi oktyabrın 25-dək davam edəcək.