Çinin ən varlı qadınını sərvəti daha da artıb

0
579

Çinin daşınmaz əmlak şirkəti “Country Garden Holdings”in İdarə heyətinin sədr müavini Yang Huiyan, 36 yaşındadır və ölkənin ən varlı qadınıdır.

“Marja” xəbər verir ki, Yang Huiyan, şirkətinin səhmlərinin yüksəlməsi, ilin ilk dörd əməliyyat günündə sərvətinə 2,1 milyard dollar əlavə edib.

“Country Garden Holdings”in səhmləri bazar ertəsi günü 6,9 faiz yüksəlib. Şirkətin son bir ildəki qiymətlənməsi isə 16 faizdir.

Yang, 25,6 milyard dollarlıq sərvətilə ölkənin ən varlı beşinci adamıdır.

Çinin ən varlı qadını və ən gənc milyarderi Yang, şirkətin varisi olması səbəbindən 2005-ci ildə atası Yang Guoqiang-ın bütün səhmlərini təhvil almışdı. Yang Guoqiang, şirkətini 1992-ci ildə qurmuşdu.

“Country Garden Holdings”, Çində əmlak bazarının ən qazanclı şirkətlərindən biridir. Şirkətin 2017-ci ildəki satışları 550,8 milyard yuan (85 milyard dollar) təşkil etmişdir ki, bu da 500 milyard yuan hədəfdən çoxdur.

Çində əmlak bazarında digər nəhəng bir şirkət “Evergrande Group”dur. Şirkətin rəhbəri Hui Ka Yan, “Alibaba”nın qurucusu Jack Ma və texnologiya nəhəngi “Tencent”in İcraçı direktoru Pony Ma-dan sonra ölkənin ən varlı üçüncü adamıdır. Şirkətinin səhmlərinin yüksəlməsilə Hui Ka Yan-ın sərvətini 38,2 milyard dollara qalxıb.