Bizplus.az Azərbaycanda öz şəxsi bizneslərini qurmuş 25 yaşınadək olan xanımların uğur hekayəsini təqdim edir:
Nigar Əsgərxanova 19 yaş, Bakı şəhəri, Founder/ GM, @fotooboibaku
Nədən başlayıb?
2007-ci ildə ailəmizdə divar kağızları, dekorativ elementləri olan döşəmə örtüyü satılan mağaza yarandı.
Həmin vaxt bu sahənin mənə nə qədər yaxın olduğunu anladım. Ancaq mən eksküliziv və fərdi nəsə yaratmaq istəyirdim.
19 yaşımda eksküliziv foto-divar kağızları istehsal edən şirkət yaratdım. Boş vaxtlarımda mən qrafik rəssamlıq, idman tədbirlərin təşkili, təbiətə səyahət etmək və təbiətin qoynuna çıxmağı xoşlayırdım.
Biznes haqqında
Biz foto-divar kağızları istehsalı və satışı ilə məşğul oluruq. Yaşayış və ticarət obyektlərinə fərdi ölçüdə foto-divar kağızlarının sifarişini həyata keçiririk. Fotobazmız istənilən zövqdə və məzmunda 9 milyona yaxın fotodan ibarətdir.
Bu mənim və dizaynerlər tərəfindən hazırlanmış fərdi kolleksiyadır.
19 yaşımda eksküliziv foto-divar kağızları istehsal edən şirkət yaratdım
Biz ən yaxşı Avropa matrealları ilə çox keyfiyyətli avadanlıqlalda çalışırıq. Bu da imkan verir ki, şəkilin bütün gözəlliyi və effektliyini reallıqda əks etdirsin.
Özəlliklər və çətinliklər haqqında
İlk vaxtlar insanlar 21-ci əsrin foto-divar kağızları ilə Sovet dövrünün divar kağızlarını müqayisə edirdilər. Bu gün istənilən interyerə uyğun foto-divar kağızlarının geniş çeşidi təklif olunur.
Bizim sahənin özəlliyi və fərdi zövq. Hərdən yarım ildən sonra nəin aktual olacağını söyləmək çətin olur. Statistika hər dəfə yenilənir.
Planlar barədə
Biz yeni kataloq hazırlayırıq. Bu kataloqda foto-divar kağızlarının yeni modelləri təqdim olunacaq.
Nərmənə Zeynalzadə, 25 yaş, Bakı şəhəri. Sahibkar @company.of.confidence
Hər şey necə başladı?
17 yaşımdan aktiv əmək fəaliyyətilə məşğulam. Uşaq yaşlarımdan şəxsi biznesimi qurmağı arzu edirdim. III kursda təhsil alarkən paltar tikişi şirkəti yaratdım. 21 yaşımda Azərbaycanda ilk dəfə Confidence alt paltarı birendinin yaradıcısı və direktoru oldum.
Biz Azərbaycan istehsalı və Azərbaycan brendini məhşurlaşdırırıq
Əsas və həlledici adım şirkəti rəsmi şəkildə qeydiyyatdan keçirtmək oldu. Biz Azərbaycan istehsalı və brendi məşhurlaşdırmaqla məşğuluq. Daim sifarişlərimizin genişlənməsi istiqamətində çalışırıq.
Biznes haqqında
Əsas missiyamız gözəl və keyfiyyətli alt paltarı yaratmaqdır. Qiymət siyasətimiz budur ki, hər bir qız özünə Confidence alt paltarı ala bilsin.
Biz zərif cinsə özünə inanmalarını aşılayırıq.
Özəllliklər və çətinliklər haqqında
Ehtiyat edirdik ki, müştərilərin etibarını tezliklə qazana bilməyəcəyik. Yaxşı mənada təəccübləndik ki, müştərilərimiz bizə tez etibar etdilər, inandılar və razı qaldılar.
Confidence – özünə inam, iradə, konfedesiallıqdır. Bütün bunlar bizim fəaliyyət sahəmizə uyğundur.
Biznesin qurulmasında komanda seçimi əsas şərtdir. Bizim gözəl, kreativ və əməksevən komandamız var.
Planlar haqqında
Əsas məqsəd Confidence butukini ölkə xaricində yaratmaqdır. Bizim yerli və xarici bazarda böyük prespektivimiz var
Gülər Paşayeva – 24 yaş, Bakı şəhəri. Guller Couture Founder, @guller__boutique
Hər şey nədən başladı?
10 yaşımdan media sahəsində işləyirdim və Azərbaycandakı media layihələrə uğurla rəhbərlik edirdim. Həmişə hadisələrin mərkəzində olmuşam.
Ancaq uşaq yaşlarımdan dizayna sevgim olub. Ətrafımdakılar zövqümü bəyənirdilər və rəfiqələrim paltar seçəndə mənimlə məsləhətləşirdilər.
25 yaşım olanda Guller Boutique brendini yaratdım.
Biznes haqqında
Biz gənclər üçün fərdi geyimlər yaratdıq. Mən dizayner deyiləm. Ancaq bir çox dizaynları özüm hazırlayıram.
Brend cins gödəkçələri ilə məşhurdur. Biz Azərbaycan mədəniyyətini təbliğ edirik. Flame Towers və Qarabağ atlarının rəsmlərini gödəkçələrin üzərinə həkk edirik. İstəyirik ki, bütün dünya bilsin ki, bizim ölkənin necə qədim tarixi və mədəni ənənələri var.
Guller Boutique – Azərbaycan və Azərbaycandan kənarda da tanınan uğurlu layihədir.
Bizim müştərilərimiz sırasında Rusiya. Türkiyə estradasının məşhur simaları var.
Özəlliklər və çətinliklər haqqında
Öz işimizi başlamaq üçün yüksək özünəinam və iradəmiz olmalıdır. İnsanlar əvvəl bizim işlərimizi anlamırdılar. Azərbaycan üçün bu layihə yeni idi. Biz çox dosltarım mənə bu biznesi yarımçıq saxlamaq üçün dilə tutur, kiməsə işləməyi və stabil gəlirim olmağı tövsiyə edirdilər.
Mən rəqabət hiss etmirəm, çünki sevdiyim işlə məşğulam
Rəssamlar bizim ideyalarımızı, layihəmizi oğurladıqda çətinliklərimiz olurdu.
Planlar haqda
Biz regionlarda butiklər açmağı planlaşdırırıq. Daha bir yeni layihələr açmağı planlaşdırırıq.