Bill Qeyts koronavirusla mübarizəyə 10 milyon dollar bağışlayıb

Date:

Paylaş:

Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, Bill və Melinda Qeyts Fondu koronavirusla (2019-nCoV) mübarizəyə 10 milyon dollar bağışlayıb.

Bizplus.az xəbər verir ki, “Fond koronavirusla mübarizə üçün 5 milyon dollar vəsait ayırır, dövlət və özəl sektorunda çalışan çinli əməkdaşlarımızla iş aparılır”,  – bəyanatda deyilir.

Vəsaitin qalan hissəsi (5 milyon dollar) Afrikanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinə virusun qitədə yayılmasına qarşı qoruyucu tədbirlərin təşkili üçün ayrılıb. Xüsusilə, infeksiya ilə əlaqədar skrininqin həyata keçirilməsi, laboratoriya müayinələrinin aparılması, şübhəli halların müalicəsi və yoluxmuş insanlara qayğı göstərilməsi üçün.

Son verilən məlumata görə, koronavirusa yoluxan insanların sayı 2,7 minə çatıb. İnfeksiya nəticəsində 80 nəfər dünyasını dəyişib.

Koronavirus Çin, Cənubi Koreya, Nepal, Malayziya, Yaponiya, ABŞ, Fransa, Kanada və Avstraliyada qeydə alınıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...