Səhm haqqında

Date:

Paylaş:

Birjada investisiya etmək deyilən zaman bir çox adamın fikrində səhmlər canlanır. Filmlərdən və yaxın ətrafımızdan birjada batmış insanlardan da, müəyyən bir miqdar pulu olub qiymətləndirmək istəyənlərdən də səhm sözünü eşitmək mümkündür.

Bəs Səhm nədir?

Sərmayə şirkətlərinin səhmdarlara ortaqlıq və paylarını müəyyən etmək məqsədilə verdikləri qiymətli kağızlara səhm deyilir.
Səhmlər ortaqlığı və mülkiyyəti təmsil edir. Şirkət işini davam etdirdiyi müddət ərzində səhmlər mövcud olur və şirkət mənfəət qazandıqca səhmlər də dəyər qazanır. Sabit gəlir yoxdur və şirkətin balans hesabatı investisiya qərarlarına görə dəyişənlik göstərir. Bir səhmin sahibinə gətirdiyi gəlirə isə dividend deyilir. Dividendin miqdarı isə səhmin bazar dəyərini dəyişdirir.

Birjada alınıb satılan səhmlər rəsmi şəkildə insanlara çatdırılır. İnsanlara bildirilən bu səhmlər birjada yerləşdirilir. Bununla da birjanın səhmi tanıması və alış – veriş əməliyyatlarının edilməsi təmin edilir. Bu əməliyyat sayəsində şirkətdə özünə lazımlı olan investisiyanı təmin edir və böyüməyi asanlaşır. Şirkətlərin böyüməyi və investisiyayla təmin edilməsinə görə birjalar olduqca əhəmiyyət kəsb edirlər.

Səhm necə alınır?

İnternetin kəşfi və inkişafı ilə səhm alış-verişi də olduqca asan bir əməliyyat oldu. İnternetə çıxışı olan bir komputerlə istədiyiniz səhmi rahatlıqla alıb sata bilirsiniz. Hətta forex vasitəsilə dünyaca məşhur şirkətlərin səhmlərini saniyələr içində alıb-satmaq mümkündür. Bunun üçün forex hesabı açmağınız kifayətdir. Forex hesabının açılması qaydasını Forex hesabı necə açılır adlı məqaləmizdə izah etmişik.

Forex bazarı dünyanın ən böyük və geniş maliyyə bazarı olaraq hər cür investora xidmət göstərir. Qlobal bir bazar olması səbəbiylə investisiya vasitələrinin da qlobal olduğunu söyləyə bilərik. Yalnız valyuta əməliyyatı edilən bir bazar təəssüratı yaratmasına baxmayaraq olduqca geniş bir investisiya vasitəsi portfeli var. Gündəlik həyatımızda istifadə etdiyimiz demək olar ki hər bir şeylə forex bazarında əməliyyat aparmaq mümkündür . Google, Facebook, Twitter, Apple kimi bütün dünyanın tanıdığı şirkətlərin səhmləriniforex bazarında alıb sata bilərsiniz.
İnternet vasitəsilə həftənin 5 günü 24 saat ərzində fəaliyyət göstərən forex bazarı fond sərmayəçiləri üçün də olduqca əlverişli bir mühitdir. Virtual şəkildə edilən əməliyyatlar sizə bir çox istiqamətdə üstünlük verir. Eyni zamanda böyük bir bazar olması səbəbiylə gündəlik al-sat əməliyyatları etmək də mümkündür. Gündəlik əməliyyat həcmi 5 trilyon dollardan çox olduğu üçün qısa müddətli al-sat əməliyyatı edə bilərsiniz.

Apple səhmlərinin artım qrafiki

Bütün dünyanın tanıdığı şirkətlərin səhmlərinə investisiya etmək yerli şirkətlərə görə daha asandır demək mümkündür. Çünki Apple, Facebook.com kimi şirkətlərin səhmlərini təqib etmək daha asandır. Forex vasitəsilə səhm almaq üçün əməliyyatlarınızı reallaşdırdığınız platformalardan istədiyiniz şirkətin səhmini seçərək al və ya sat əmri verməyiniz kifayətdir.

Forex bazarının olduqca sərfəli əməliyyat xüsusiyyətləri vardır. Cüt istiqaməti alış – veriş əməliyyatları sayəsində səhmlər həm dəyər qazanarkən həm də dəyər itirərkən qazanc əldə edə bilərsiniz. Yəni dəyər qazanacaq səhmi satın alıb qiyməti qalxanda sataraq və ya qiyməti düşəcək olan səhmi sataraq mənfəət əldə etmək mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...