Bill Gates haqqında maraqlı faktlar

Date:

Paylaş:

Bill Gates haqqında bəlkə də çoxlarınızın heç vaxt eşitmədiyi faktlar

1.  Bill Gates ölkəsi

bill gates haqqında

Bill Gates 79 milyard dollar sərvəti ilə hazırda dünyanın ən varlı insanıdırvə əgər Bill Gates şəxs yox ölkə olsaydı dünyanın ən zəngin 63-cü ölkəsi olardı.

2.Miras

Bill Gates övladlarına bəzi milyarderlər kimi bütün var dövlətini miras qoymaq əvəzinə cəmi 10 milyon dollar vəsiyyət edəcəyini bildirib. Cəmi deyirik çünki 70 milyarddan çox sərvəti var.

3.Uzaqgörənlik

Nə qədər uzaq görən insan olsa da 30 yaşında milyoner olacağı ilə bağlı iddiasında yanılmışdı. Cəmi bir ildən sonra isə arzusuna çata bilmişdi. 31 yaşında o artıq ilk milyon dollarını qazana bilmişdi.

4.Diplom

Bill Gates 17 yaşında SAT imtahanından (Azərbaycanda TQDK imtahanları) 1600 baldan 1590 balı yığaraq Harvard Universitetinə daxil olamğı bacarmışdı. Ancaq iş həyatına erkən başladığı üçün və microsoftu yaradan zaman dərslərinə vaxt ayıra bilmədiyi üçün universiteti yarımçıq buraxan Bill Gates 2007 ci ildə diplomunu almağı bacarmışdı.

5.Avto xuliqan

Bill Gates 1977-ci ildə New Mexico əyalətində qırmızı işıqda keçdiyi və sənədsiz avtomobil sürdüyü üçün həbs edilmişdi.

6.Spam mesajlar

2004-cü ildə iki ildən sonra spam mesajların sonu gələcək demişdi amma 2016-cı ildir hələ də spam mesajlardan canımızı qurtara bilmirik. Nə qədər dahi olsa da bu işin həllini hələ də tapa bilmir.

7.Xeyriyyəçi

Bill Gates bəlkə də Afrikaya ən çox yardım edən insandır. Hər il milyonlarla vəsait yardımı göstərir. Bill Gatesin etdiyi yardımlarla yoxsul ölkələrə göndərilən dərman və tibbi xidmətlərin hesabına təxmini olaraq 6 milyon insanın həyatını xilas etdiyi bildirilir.

8.Əmlak vergisi

Bill Qeytsin Evi 123 milyon dollar dəyərindədir və Bill Qeyts hər il 1 milyon dollar əmlak vergisi ödəyir. Evinin hər bir yanında demək olar ki yüksək texnologiyadan istifadə edilib.

9.İlk qazancı

Bill Gates demək olar ki uşaqlıqdan proqramistliklə məşğuldur və ilk proqramını 13 yaşında yazmışdı. Bu proqramdan 20000 dollar qazanc əldə etmişdi.

10.Yardımlar

bill gates haqqında

İndiyə kimi yardım fondlarına bağışladığı sərvətin miqdarı 28 milyard dollardır. Bill Gatesin dəstəyi ilə yaradılan fonda bağışlanan yardımların həcmi 357 milyard dollardan çoxdur.

Previous article
Next article

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...