“Sədərək” Ticarət Mərkəzinə Çin Xalq Respublikasından malların gətirilməsi dayandırılıb.
Bu barədə açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, hazırda Çindən sözügedən mərkəzə mal gətirilmir: “Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir”.
Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:
“Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb”.
M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.