Əsas səhifə Məqalələr Maraqlı Səudiyyə şəhzadəsinə məxsus olmuş unikal Ferrari 8 milyon dollara satıla bilər

Səudiyyə şəhzadəsinə məxsus olmuş unikal Ferrari 8 milyon dollara satıla bilər

371

Gələn ilin yanvar ayında Arizona ştatının Skotsdeyl şəhərində keçiriləcək Gooding&Company hərracında unikal klassik sportkar satılacaq. Kuzovunun üzərində Pininfarina atelyesinin mütəxəssisləri işləmiş Ferrari 250 GT Series I Cabriolet sportkarının satışından 7,5 – 8,0 milyon dollar əldə etmək planlaşdırılır.

Satışa çıxarılacaq nüsxə 1958 və 1959-cu illərdə Turin və Nyu-York avtosalonlarında nümayiş etdirilib. Avtomobilin ilk sahibi Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü şəhzadə Mühəmməd bin Fəysal olub. Cavanlıqda Kaliforniyada təhsil alan şəhzadə avtomobili birbaşa sərgidə satın alıb.

Son 40 il ərzində avtomobil Con Klinardın kolleksiyasında saxlanılıb. Kolleksioner avtomobili orijinal vəziyyətinə gətirib: avtomobilin kuzovu yenidən açıq-yaşıl rəngə boyanmış, salonunun tərtibatında isə qırmızı dəridən istifadə edilmişdir. Cəmi 41 ədəd Ferrari 250 GT Series I Cabriolet buraxılıb.

Adı çəkilən modeldən başqa, Gooding&Company bir neçə nadir Ferrari avtomobilini satışlara çıxaracaqdır. Bunlar Ferrari 500 Mondial (5,0 – 5,7 milyon dollar), 250 Europa (1,6 – 2,0 milyon dollar) və 250 GT Series II Cabriolet (1,5 – 1,8 milyon dollar) modelləridir.