Əsas səhifə Xəbərlər Xarici xəbərlər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin səhmlərinin ticarətinə başlanılıb

Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin səhmlərinin ticarətinə başlanılıb

50
Paylaş

Səudiyyə Ərəbistanında “Tadawul” birjasında “Saudi Aramco” şirkətinin səhmlərinin ticarətinə başlanılıb. Satış başlanğıcında səhmlərin qiyməti 10% artaraq 35,2 rial qiymətinə çatıb. Şirkət “Microsoft” və “Apple” şirkətlərini qablayaraq, dünyanın ən bahalı şirkətinə çevrildi.

Birjaya çıxmazdan əvvəl “Saudi Aramco” 1,7 trilyon dollar dəyərində qiymətləndirilmişdir. Onun kapitallaşması beş aparıcı beynəlxalq neft şirkətinin ümumi dəyərini üstələyəcək. IPO-da iştirak üçün müraciətlərin toplanması noyabrın 17-də, fərdi investorlar üçün noyabrın 28-də, institusional səhmdarlar üçün dekabrın 4-də başa çatıb.

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman şirkətin 2 trilyon dollar dəyərində qiymətləndirilməsini istəyir. “The Financial Times” ın verdiyi məlumata görə, “Saudi Aramco” nun qeydiyyata alınmış kapitalı 60 milyard rial təşkil edir, şirkət bütünlüklə dövlətə məxsusdur.