Əsas səhifə Xəbərlər Digər xəbərlər Sərvətinizi rahatlıqla gizlədə biləcəyiniz 10 ölkə

Sərvətinizi rahatlıqla gizlədə biləcəyiniz 10 ölkə

12
Paylaş

Tax Justice Network qeyri-hökumət təşkilatı sərvət gizlədilə bilən ölkələrin reytinqini tərtib edib. Əsas kriteriya kimi maliyyə məsələlərindəki qeyri-şəffaflıq və kommersiya əməliyyatları ilə şəxsi hesablar barədə məlumatların gizliliyi götürülüb.

Tax Justice Network müxtəlif ölkələrdə ofşor (offshore- vergidən azad) qanunvericiliyin necə işlədiyini araşdırıb. Amma yeni siyahı ən “səxavətli” ofşor ölkələrin reytinqi demək deyil. Siyahıda tutulan yerlər dövlətlərin hüquq və maliyyə sisteminin varlılara, hətta cinayətkarlara belə özlərinin ərazisində pul gizlətməyə nə dərəcədə imkan verdiyini göstərir.

Analitiklər həmçinin qeyd ediblər ki, reytinqdəki mövqe maliyyə qanunvericilyinin qeyri-şəffaflıq səviyyəsini əks etdirmir. Siyahı, bu və ya digər bir dövlətin qlobal qeyri-şəffaf bankçılıq sənayesinə nə qədər sərmayə qoyduğunu göstərir. Reytinqin lideri ofşor zona kimi tanınan Kayma adaları olub:

1 . Kayman adaları

2 . ABŞ

3 . İsveçrə

4 . Honk-Konq

5 . Sinqapur

6 . Lüksenburq

7 . Yaponiya

8 . Niderland

9 . Britaniya Vircin Adaları

10 . BƏƏ

Təşkilatdan deyiblər ki, Rusiyada bank hesabları və əməliyyatlar barədə məlumatların açıqlığı baxımından şəffaflıq yüksək səviyyədədir. Bununla belə mütəxəssislər vurğulayıblar ki, Rusiyada şirkətlərə sahibkarlıqla bağlı məlumatlar qapalıdır.