Əsas səhifə Məqalələr Fərdi inkişaf “Sərvət əldə etdikdə onu ətrafdakı insanlarla bölmək vacibdir”

“Sərvət əldə etdikdə onu ətrafdakı insanlarla bölmək vacibdir”

916
Paylaş

Randy Gage – adi qabyuyan işçisindən multimilyonerə çevrilən bir insandır.

1. Boşluq qanunu. Əgər sizə yeni ayaqqabılar lazımdırsa, köhnələri atın. Əgər sizə yeni paltar lazımdrısa, geyim şkafınızı boşaldın. Xoşluqla öz stereotiplərinizlə vidalaşmalısınız.

2. Sirkulyasiya qanunu. Arzuladığınız bir şeyi əldə etmək üçün, hazırda sahib olduğunuz nədənsə vaz keçməlisiniz.

3. Təxəyyül qanunu. İlk olaraq siz çiçəklənməni öz təxəyyülünüzdə həyata keçirməlisiniz. Öz ideal gününüzün təsviriniz yaradın və onu etibar etdiyiniz insanlardan başqa heç kimə göstərməyin. Bu təsviri daim əlinizin altında ola biləcək bir yerdə saxlayın və boş zamanınızda oxuyun.

4. Yaradıcılıq qanunu. İnsan öz təxəyyülünün gücü, intuisiya və düşüncələri sayəsində çiçəklənməyə nail ola bilər.

5. Bəxş etmək və almaq qanunu. Ətrafdakı insanlara nə isə bəxş etdikdə, o tezliklə sizə geri dönəcək. Sərvət əldə etdikdə onu ətrafdakı insanlarla bölmək vacibdir.

6. Pay qanunu. Kainat həmişə öz payını götürür. Bu sadəcə dəstək mənbəyinə minnətdarlıq qanunudur. Siz heç vaxt bilməyəcəksiniz ki, payınız sizə hansı formada geri dönəcək. Pullar – adi varlıqlardır. Lakin onlar da, sizə yeni münasibətlər, yeni dostlar formasında geri dönə bilər.

7. Əfv etmə qanunu. Əgər siz insanları bağışlamağı bacarmırsınızsa, zənginliyinizi qəbul edə bilməyəcəksiniz. Qəlbiniz nifrət hissi ilə doludursa, sevgi orada özünə yer tapa bilməyəcək. Sizi içəridən əridən və rahatlıq verməyən mənfi hisslərdən uzaq olmaq lazımdır.