Rusiya və Səudiyyə Ərəbistanı energetika sektoruna investisiyalar üçün 1 mlrd. ABŞ dolları dəyərində müştərək fond yaradacaq.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Əl Arabiya” telekanalına müsahibəsində bildirib.
A.Novak açıqlamasında qeyd edib ki, fondun yaradılması ilə bağlı son razılaşma bu həftə Səudiyyə Ərəbistanı kralının Moskvaya səfəri zamanı əldə ediləcək. Nazirin sözlərinə görə, hazırda səfər zamanı açıqlanacaq bir sıra razılaşmalar üzərində iş aparılır.
Novak həmçinin bildirib ki, hazırda Moskva və Ər-Riyad nəinki OPEC+ anlaşmasında, həmçinin neft-qaz və elektroenergetika sahəsində müştərək layihələrdə əməkdaşlığı möhkəmləndirir.