Əsas səhifə Biznes sahələri Texnologiya  “Apple” yeni startup satın alıb

 “Apple” yeni startup satın alıb

693
Paylaş

“Apple” şirkəti foto şəkillərlə obyektlərin tanınması texnologiyasında ixtisaslaşmış “Regaind” startapını satın alıb.

“Apple” nümayəndələri rəsmi olaraq yeni startapı aldıqlarını elan ediblər.

Onların sözlərinə görə, “Regaind” şəkillərdəki əşyaların tanınması üçün əlavənin yaradılmasına səbəb olacaq.

Texnologiya nəhəngi rəhbərliyinin fikrincə, bu, “Apple” cihazlarının istifadəçiləri üçün müəyyən məlumatların axtarışını asanlaşdıracaq. Analitiklər əmindir ki, “Apple”də hər şeyi açıqlamırlar. Mütəxəssislər hesab edirlər ki, obyektlərin şəkillər üzrə tanınması ilə bağlı şirkətin irimiqyaslı planları mövcuddur. Mümkündür ki, “Regaind” texnologiyaları “Apple”in öz süni intellektinin tərtibatı və müasirləşdirilməsi üçün istifadə ediləcək.

©lent