İnfluencer-lər nə qədər qazanc əldə edir? – AZƏRBAYCANDA

Date:

Paylaş:

Günümüzdə tez bir zamanda məşhurluq qazananlardan biri də influencer-lərdi. Bəs influencerlər kimlərdi və necə qazanc əldə edirlər. Bu barədə suallarımıza cavabları ölkəmizdə fəaliyyət göstərən təlim şirkətlərindən birinin rəhbəri Kənan Rəhimov cavablandırıb.

İnfluencer nədir?

Kənan Rəhimov: İnfluencer latın sözü olub məlumatı cəmiyyətdə paylaşan cəmiyyətdə fikir formalaşdıran  deməkdir. Ona görə influencer qismində cəmiyyətdə populyar olan şəxslər iştirak edə bilər. İş adamları, məşhur bloggerlər, media nümayəndələri bu peşələrini sadaladığım şəxslər influencer sayılır. Bu gün piyar və brendinqlə bağlı şirkətlər daha çox bloggerlərə fokslaşıb. Misal üçün Rusiyada youtube bloggerləri artıq obraz kimi peşə kimi formalaşıblar. Onların fəaliyyət növüdə yetərincə təsirlidir. Misal üçün apple təqdimatını artıq bloggerlər və influencerlər vasitəsilə həyata keçirir. Əsasən satışa yönlənmiş təkliflər reklam olunur. Yeniliklər isə  hər hansı bir fikir formalaşdırmaq üçün daha çox məşhur simaların xidmətlərindən istifadə olunur. Bizdə əvvəllər məşhur simalardan daha çox istifadə olunurdu. Misal üçün gözəllik salonu açılırdı və salonun sahibi həmin yerə məşhur müğənniləri toplamaqla reklam edirdi həmin yeri. İndiki dövrdə daha çox müğənniləri yox aparıcıları və bloggerləri izləmək tendensiyası yaranıb..

Azərbaycanda influencer sahəsi nə qədər inkişaf edib ?

Kənan Rəhimov: İnfluencer ölkəmizdə təzə inkişaf etməyə başlayıb.  Xarici ölkələrdə youtuberlər daha məşhurdur onlar baxış saylarına görə pul qazanırlar.

Azərbaycanda influencer nə qədər qazanır və yaxın gələcəkdə nə qədər qazanacaqlar?

Kənan Rəhimov: Azərbaycanda İnfluencer-lər  var ki  ayda 500-600 manat qazanır. Oların qazancı videolarına baxış sayından deyil o videoda reklam etdiyi brenddən aldığı puldan qazanılır. Amma qazanc mənbələri çoxdur. Misal üçün google kampaniyasında hər paylaşdığınız videonun baxış sayı mindən çoxdursa  həmin şəxsin adına 1 dollar köçür. 1 milyon baxışısınız olarsa bu o deməkdir ki, min dollar qazana bilərsiz.

Əsas qazanclardan biri də influencerin özünün simasının piyarının aparmısıdr. Çünki həmin şəxs populyar olduqdan sonra həmin şəxsin tədbirlərə dəvətinin özünün qiyməti olur. İnfluencer peşəsi ölkəmizdə yeni-yeni formalaşır. Artıq bu sahədə formalaşmış mütəxəssislər var ki,aylıq 5-10 min dollar gəlir əldə edirlər. Təzə formalaşanlar isə  maksimium min dollara yaxın qazanc əldə edə bilirlər. Amma bu sahə ölkəmizdə də inkişaf etdikcə həm də seqmentləşmə olacaq. Misal üçün texno bloggerlər və s.

Misal üçün Rusiyada texno bloggerlərdən biri Vilsakom səhifəsidir bu sayt 6 ildən çoxdur ki, fəaliyyət göstərir və təkcə youtube də izləyicilərinin sayı 3 milyondan çoxdur. Bu yetərincə böyük rəqəmdir. Applenin təqdimatında Vilsakom  iki saat ərzində təqdimat aparıb. O zaman Vilsakom iki saat ərzində 10 min dollar qazanc əldə edib. Həmin vaxt bu məbləği təkcə doneytlərdən əldə edib. Birbaşa bağlantını isə eyni vaxtda  440 min nəfər izləyib.

                                                                  Müəllif:Xeybər Heydərov (fins.az)

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...