“Rəqəmsal Pişiklər” üçün bir həftədə xərclənən pul 1,3 milyon dolları keçib

0
1015

Virtual valyutaların populyarlığı gedərək artarkən, ethereum şəbəkəsinin rəqəmsal oyunu CryptoKitties (Rəqəmsal Pişiklər) üçün bir həftədə xərclənən pul 1,3 milyon dolları keçib. Qısa müddətdə öz kütləsini yaradan oyun, virtual valyutaya marağı artıra bilər.

Dünyanın ikinci böyük virtual valyutası olan Ethereum şəbəkəsində bir anda populyar olan CryptoKitties  (Rəqəmsal Pişiklər) adlı rəqəmsal oyunu üçün bir həftədə 1,3 milyon dollar xərclənib.

“Marja” “Tech Crunch” saytına istinadən xəbər verir ki, 28 Noyabrda  təqdim olunan oyun, qısa müddətdə fenomenə çevrilib.

Pokemon kartlarının rəqəmsal versiyası kimi görünən CryptoKitties-də, oyunçular fərqli xüsusiyyətlərə malik pişikləri bəsləyə, satın alıb sata bilərlər.

Oyuna xərclənən pulun bir həftədə 1,3 milyon dolları keçdiyi və sürətlə artmaqda olduğu bildirilir. Bəzi pişiklərin qiyməti isə, 246 Ethereumu, yəni 113 min dollara çatır.

Hazırda ethereum əməliyyatlarının 4%-ni təşkil edən oyunun, kripto pul həvəskarları xaric, fərqli təbəqələri də virtual valyuta bazarına cəlb edəcəyi və bazara marağı artıracağı deyilir.