QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

Date:

Paylaş:

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarında maliyyələşmə mənbələrindən asılı olaraq QHT-lərdə çalışan əməkdaşların əməkhaqqı məbləğlərinin vergiyə cəlb olunması ilə bağlı suallar yaranır. Çünki onların əksəriyyəti dövlət sektorundan maliyyə dəstəyi alaraq işlərini davam etdirirlər.

Məsələyə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov belə aydınlıq gətirib: “QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki faktor mütləq qaydada diqqətdə saxlanılmalıdır. Birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib- edilməməsi. QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları –bələdiyyələr istisna təşkil edir. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir.

Digər bir faktor QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...