Google Pixel 4 ilə Pixel 4 XL smartfonları haqqında yeni məlumatlar ortaya çıxıb

Date:

Paylaş:

İnternetdə Google Pixel 4 ilə Pixel 4 XL smartfon modelləri barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəıbər verib. Belə ki, Unbox Therapy ləqəbi ilə tanınan məşhur texnobloqqer öz YouTubekanalında Pixel 4 ilə Pixel 4 XL modellərinin maketlərini təqdim edərək bildirib ki, bu smartfonlar Face IDtexnologiyasının analoquinu əldə edəcəklər. Bunun üçün Google şirkəti smartfonların ekranlarının yuxarı hissəsində yerləşən çərçivələrində təsviri təyin edə bilən 5 ədəd ötürücü yerləşdirəcək.

Google Pixel 4 və Pixel 4 XL
Google Pixel 4 və Pixel 4 XL

Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, yeni Pixel modellərinin ekranlarında çıxıntı hissə olmayacaq. Bundan əlavə olaraq 9to5google saytının verdiyi məlumata əsasən smartfonlar həmçinin Project Soli adlı çip ilə də təchiz oluna bilərlər. Bu çip yüksək sürətlə istifadəçi jestlərini izləyərək onları təyin edə bilir. Növbəti vacib məlumatı isə XDA-Developers saytının analitiki verib.

Onun verdiyi məlumata əsasən Pixel 4 ilə Pixel 4 XL modelləri cihaz parlaqlığının daha dəqiq tənzimlənməsi üçün xüsusi sensora sahib olacaqlar. Faktiki olaraq bu, iPhone-da olan True Tone texnologiyasının analoqudur. Bu texnologiya həmçinin ətraf mühitdən asılı olaraq ekran rəngi temperaturunu da dəyişə bilir. Son məlumatlara əsasən sözügedən smartfonlar Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunmalıdırlar. Yeni Pixel modellərinin bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...