Əsas səhifə Biznes sahələri Avtomobil Porsche Taycan modelinə 20 min sifariş qəbul edib

Porsche Taycan modelinə 20 min sifariş qəbul edib

46

Hələlik istehsalı başlmayan elektrik Porsche Taycan modeli üçün dünyanın hər tərəfindən 20 min öncədən sifariş qəbul edilib. Sifarişçilər 2500 avro depozit də yatırıblar. Yalnız Norveçdə ərizələrin sayı üç mini keçib. İlk elektrik Porsche modelinin kütləvi debütü bu ilin sentyabrında baş tutacaqdır.

Porsche şirkətinin rəhbəri Oliver Blyum Taykan modelini İsveçdəki Aryepluq poliqonunda sınaqdan keçirib və avtomobilə heyran qaldığını bildirib. Blyum mühəndislərin şassinin optimal tənzimləmələrini seçdiklərini və elektrokarı ənənəvi güc aqreqatları olan Porsche avtomobillərinə bənzər etdiklərini bildirib. Yüksək tələbatı nəzərə alan Porsche şirkəti planlaşdırılan istehsal həcmini artırmaq məsələsinə baxır.

Eyni zamanda, Blyum Taycan modelini müxtəlif həcmləri batareyaları olan iki versiyada təklif ediləcəyini bildirib.  İlkin olaraq bazara güclü modifikasiya çıxarılacaqdır. Kiçik həcmli batareya ilə təchiz edilən Taycan modelinin qiyməti 100 min avro təşkil ediləcəkdir. Porsche Taycan modelinin bazasında Cross Turismo elektrik kross-universalı inşa ediləcəkdir. Bu modelin istehsalına 2020-ci ildə başlanacaqdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here