Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Toyota Ay üçün avtomobil hazırlayır

Toyota Ay üçün avtomobil hazırlayır

124

Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi (JAXA) Toyota konserni ilə birlikdə ay avtomobili hazırlayıb. Bu avtomobildən 2030-cu ildə Yerin peykinə yollanacaq tədqiqat missiyası tərəfindən istifadə ediləcəkdir.

2013-cü ildə Toyota kosmosa Kirobo androidini göndərib və tarixdə ilk dəfə olaraq, kosmosda insan ilə robot arasında söhbəti təşkil edib. Nə JAXA, nə də Toyota yeni layihə haqqında heç bir açıqlama verməyib. Bu məlumatın yaxın zamanlarda peyda olacağı ehtimal edilir. Aya uçuş 2030-cu ilə planlaşdırılıb. LUNAR-A missiyasının əsas məqsədi Ayın daxili strukturunu tədqiq etmək, həmçinin peykin mənşəyi və təkamülü barədə olan suallara cavab tapmaqdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here