“PlayStation 5”in satış tarixi məlum oldu

Date:

Paylaş:

“Sony” şirkəti növbəti nəsil “PlayStation 5” oyun konsolunu 2020-ci ilin sonlarında, Milad bayramı ərəfəsində satışa buraxmağı planlaşdırır.

Şirkətin rəsmi saytında bildirilir ki, “PlayStation 5” təkmilləşmiş qrafikaya malikdir və şüaların trası texnologiyasını dəstəkləyəcək. Bu, hərəkət edən obyektlərdə işıq effektlərinin real əks olunmasına müsbət təsir göstərəcək. Yeni konsol oyunları daha sürətlə yükləmək imkanına malik olacaq. Konsulun yeni komponenti qeympadın oyun səhnələrinə reaksiya verən vibrasiya ilə cavab verməsinə şərait yaradacaq. L və R düymələri oyuna uyğun olaraq adaptasiya edəcək.

Xatırladaq ki, şirkətin nümayəndələri əvvəllər “PlayStation 5” konsolunun gələn il çıxacağını desələr də konkret tarix bildirmirdilər. “Sony”nin oyun konsolları üzrə əsas rəqibi hesab edilən “Microsoft Corporation” bu günlərdə yeni nəsil “Xbox” konsolunun gələn ilin sonlarında buraxılacağını açıqlayıb.

Ötən maliyyə ilində “Sony”nin indiki nəsil “PlayStation 4” konsulunun istehsalı ilə məşğul olan bölməsi təqribən 3 milyard dollar əməliyyat gəliri çərçivəsində 20 milyon dollardan çox xalis mənfəət əldə etdiyini bildirib. Bu göstəricilərin hər ikisi “Sony”nin bütün digər bölmələrinin gəlirlərini üstələyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...