“Instagram” istifadəçiləri artıq abunə olduqları şəxslərin aktivliklərini görə bilməyəcək

Date:

Paylaş:

Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq. Qeyd etmək lazımdır ki, həmin bölmə vasitəsilə istifadəçilər abunə olduqları şəxslərin aktivliklərini görə bilirdilər. Bu barədə Buzzfeed saytı xəbər verib. Iınstagram hesab edir ki, istifadəçilərin müəyyən bir hissəsi həmin bölmədən düzgün şəkildə istifadə etməyib, müəyyən hissəsi isə həmin bölmənin varlığından ümumiyyətlə xəbərsiz olub.

 Bununla yanaşı şirkət Instagram interfeysini daha da sadələşdirmək istəyir. Bəzi istifadəçilərin hesablarında Following bölməsi hələ bu ilin avqust ayında yoxa çıxmışdı. İndi isə şirkət təsdiqləyib ki, Following bölməsi bütün istifadəçilər üçün deaktiv ediləcək. Servisin aşağı hissəsindəki ürək düyməsinə klik edən zaman isə sadəcə istifadəçinin hesabı ilə baş vermiş yeniliklər əks olunacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...