Miuçça Prada Bianki (Miuccia Prada Bianchi) – İtaliyanın tanınmış dizayneri və modelyeridir. Eyni zamanda planetin ən zəngin qadınlarından biridir. O, 1913-cü ildə “Prada” leybl-ının əsasını qoyan Mario Pradanın (Mario Prada) nəvəsidir.
Bioqrafiya
Miuçça Prada 1949-cu il mayın 10-da Milanda dünyaya gəlib. Bu o zamanlar idi ki, dünyada moda sənayesində aristokratik əsaslar dəyişirdi, sənaye sahibləri sürətlə varlanırdı, artan var-dövlət onların istənilən sahənin qapısını açmağa kömək olurdu. Belə bir atmosferdə qız böyüyürdü. Onun qənaətcil babası həmin dövrdə artıq milyonçu idi.
Mario Prada öləndə qızın cəmi 9 yaşı var idi və şirkətə Miuççanın anası – Luiza (Luise) başçılıq etməyə başlayır. Miuçça uşaqlıq və yeniyetməlik vaxtlarında öz imici ilə dəyişiklik etməyi sevirdi. O, müxtəlif stillərdə geyinirdi bu isə gənc modapərəsti olduqca əyləndirirdi. Hippi obrazı, etno-stil, futurizm – bütün bunlar moda evinin gələcək varisi tərəfindən sınanmışdır. Miuççanın seçdiyi obrazlar özünün əhval ruhiyyəsini əks etdiriridi.
Təhsil və həyata qədər
Gənc qız məktəbi bitirdikdən sonra, ailə ənənələrini davam etməyə və moda dünyasını öz yeni ideyaları ilə inkişaf etdirməyə tələsmirdi. Miuçça Milan universitetinə baş çəkir və politologiyanı öyrənir. İrsi biznes ona ağılsızlıq və vaxtın boşa xrclənməsi kimi görünürdü.
1970-ci ildə Miuçça universiteti bitirir. 1972-ci ildə isə iki doktorluq işini müdafiə edir. Beləliklə o politologiya və fəlsəfə üzrə doktorluq elmi dərəcəsi alır. O, kommunist partiyasına qoşulur və eyni zamanda qadınların hüquqları ilə bağlı fəaliyyətlərdə aktiv bir şəkildə iştirak edir.
1973-cü ildə isə Miuçça yeni fəaliyyət sahəsini – Teatro Picco-da pantomimanı – incəsənətin nitqsiz növünü öyrənir. O, burada 5 il ərzində səhnə sənətinin incəliklərinə yiyələnir.
Ailə biznesi-həyat
O, 1978-ci ildə “Prada Sp.A”da şirkətinə gətirilir. O, hələ də öz baxışlarını modada realizə edə bilmir. Biz onun ərsəyə gətirdiyi ilk kolleksiyada siyasi amilləri daha parlaq şəkildə görə bilərik. Onun fikrinə görə, seksual korset və dərin dekolete qadın gözəlliyinin əsas şərti deyil. Zərif cinsin nümayəndələrinin cazibədarlığı ilk növbədə davranışda və təhsildə olmalıdır. Ancaq vaxt keçdikdə, moda sənayesi onun diqqətini cəlb edir. Miuçça başa düşür ki, yaratdığı kolleksiya ilə öz fikirlərini cəmiyyətə çatdıra və modada onun düşündüyü kimi əhval ruhiyyə yarada bilər.
Vacib görüş
Miuçça “Prada” leyblında sükan arxasına keçəndən sonra, firma dəri çantası, səyahət üçün aksessuarlar və kosmetika istehsal edirdi. Həmin vaxt “Prada”nın bəzi məhsulları İtaliyada kifayət qədər tanınırdı və bir çox istehsalçılar “Prada” məhsullarının saxta versiyasını ərsəyə gətirməyə çalışırdılar.
1978-ci ildə təşkil edilən yarmakarın birində gənc qız Toskanadan olan belə bir sahibkarlardan biri ilə tanış olur. Bu Patrisio Bertelli idi. (Patrizio Bertelli). Dizayner dəri məhsullarının istehsalı ilə məşğul olurdu və şəxsi fabrikini idarə edirdi. Onun çoxlu faydalı əlaqələri və tanışlıqları mövcud idi. Patrisionun məhsulları təkcə İtaliyada deyil, Avropa bazarlarında da satılırdı.
1978-ci ildə “20-ci əsr” kompozisiyası ona çantaların yeni kolleksiyasını yaratmaq üçün ilham olub. 1979-cu ildə Nyu-Yorkun 57-ci küçəsində avtonom butikin açılışı olur.
Firmanın yüksəlişi və ailə
-1979-cu ildə “Prada” ayaqqabılarının 1-ci buraxılışı ictimaiyyətə təqdim edilib.
– 1984-cü ildə neylondan Pradanın məşhur bel çantası hazırlanır. Bu isə bütün modapərəstlərin əsas istək obyekti olub.
– 1987-ci ildə cütlük qanuni evliliklərini elan edirlər. Onlar bir-birilərinə olan simpatiyası və əməkdaşlıq qərarın qəbulunda əsas amil olub. Birgə nikahdan bir il sonra Pradanın varislərindən olan Lorenzo dünyaya gəlir. Miuçça hətta hamiləlik dövründə belə yorulmadan işləməyi dayandırmır.
– Onun əməklərinin nəticəsi olaraq 1989-cu ildə qadınlar üçün geyim kolleksiyasını -prêt-à-porter təqdim edir. Donlardan başqa, kolleksiyaya yeni ayaqqabı və aksessuarlar daxil idi. Tənqidçilər bu kolleksiyanı çox bəsit adlandırdılar, amma Miuççanın potensialını vurğulamaqdan da yan keçmirlər.
– 1990-cı illərdə cütlülüyün ikinci oğlu Culio (Giulio) dünyaya gəlir. Həmin illərdə Bertelli və Miuçça kişilər üçün yeni kolleksiyanı buraxırlar. Bu dəfə modellər daha çox diqqət cəlb edir və daha uğurlu olur. Qadın kolleksiyası ilə müqayisədə.
– 2000-ci ildə dizaynerlər eynəyin ilk kolleksiyasını yaradırlar.
– 2004-ü ildə isə bazara “Prada”nın ilk ətri daxil olur.
Buraxılan məhsul xəttinin genişlənməsi şirkəti yeni brend yaratmağa sövq edir. Bu isə “Miu Miu” adlanır. Yeniliklə bitmirdi. 1997-ci ildə Prada Linea Rossa denima xətti buraxılır. 1998-ci ildə isə “Prada Sport” ərsəyə gətirilir. Bura isə idman və səyahət üçün geyimlər daxil idi. 1999-cu ildə isə “Prada” və “Donatella Versace” Britaniyanın “Manchester United” futbol komandası üçün forma hazırlayırlar.
Miuçça Prada haqqında maraqlı fakt
Miuçça Prada hər dəfə yeni kolleksiyanın sonunda digər dizaynerlər kimi səhnəyə çıxmır. O, podiyuma gedir və kulislərin arasında yox olur. Bu isə onunla izah olunur ki, o, gözəl modellər ilə rəqabət etmə məsələsində istəksizdir.
Bertelli Miuçça üçün təkcə biznes partnyoru deyil, eyni zamanda bütün biznesin əsas mühərriki olub. Bu gün o yoldaşı olmadan şirkəti təsəvvür belə edə bilmir. Onların birgə səyi nəticəsində “Prada” butiklər şəbəkəsi yaranıb. O, Miuççanın istənilən kolleksiyasından gəlir əldə edir və gələcəkdə tanınan və tələb olunan yeni markalar yaradır.
Brend Qərbdə, Avropada, Şimali Amerikada, Asiyada məşhurluq əldə edir. Pradanın uğur emblemi isə stil və keyfiyyət idi. Kolleksiyaların yaradılması ilə belə məşhur dizaynerlər iştirak edib. Azzedin Alaya, (Azzedine Alaya), Jil Sander (Jil Sander), Fendi (Fendi), Helmut Lanq (Helmut Lang) və başqaları.
2005-ci ildə “Forbes” nəşrinin qiymətləndirməsinə görə, Miuçça Prada 3 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısına daxil olmağı bacarıb.
“Prada” şirkətinin bu gün dünyanın 65 ölkəsində 250-dən çox mağazası var.
Sitatları:
“Mənim özüm haqqında danışmaqdan xoşum gəlmir”.
“Mən kişiləri daha həssas, qadınları isə daha güclü etməyə çalışıram”.
“İntellektsiz gözəllik birinci mayasız kimidir, ikinci isə azömürlüdür”.
“Mən rahibə kimi geyinməyi sevirəm, iddiasız belə geyim məni rahat və yüngül hiss etdirir”.