“Apple” köhnə smartfonların sistem yenilənməsini ləğv edir

Date:

Paylaş:

“iPhone 5s” daxil olmaqla bir sıra köhnəlmiş smartfonlar sistem yeniləmələrindən məhrum olacaq. Bu haqda şirkətin saytında məlumat verilib.

Sistemin yeni versiyasında əlçatan olacaq qara mövzunu aktivləşdirdikdə bütün standart proqramlar qara rənglə rənglənəcək. Həmçinin mobil proqramların işə salınması sürəti 2 dəfə artırılıb, sistem yeniləmələri və kənar proqramlar tərəfindən tutulan yer isə 50-60% azaldılıb.

Sözügedən yeniləmə 2019-cu ilin payızında çıxarılacaq və “iPhone” (“SE” və “6s”dan başlayaraq) və iPad (“Air 2” və “Mini 4”dən başlayaraq) üçün əlçatan olacaq. Beləliklə, “5s” və daha köhnə qurğular yeniləmələrdən məhrum olacaq.

Xatırladaq ki, “iPhone 5s” smartfonu 2013-cü ildə çıxarılıb və “Apple”ın 64 bitlik prosessorla təchiz edilmiş ilk smartfonu olub. Təqdim edilməsindən 4 il sonra da smartfon yeniləmələr alıb, hərçənd “Apple” adətən belə qurğuların dəstəyini dayandırır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...