Pininfarina yaxın üç ildə iki elektrokar buraxacaq

Date:

Paylaş:

Automobili Pininfarina şirkəti yaxın bir neçə il üçün özünün istehsal planlarını açıqlayıb. Şirkət bu müddət ərzində iki elektromobili buraxmaq niyyətindədir. Avtomobillərdən biri sedan, digəri isə, krossover olacaqdır.

Bu barədə məlumatla, Automotive News Europe saytına müsahibə verən Automobili Pininfarina şirkətinin baş direktoru Maykl Perşke bölüşüb. Onun sözlərinə görə, növbəti üç il ərzində Pininfarina sıfır tullantısı olan iki avtomobilin istehsalına başlayacaqdır. İlk avtomobilin sedan və ya krossover olacağına isə alıcılar qərar verəcəkdirlər.

Elektromobillərin 100-125 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyi və 600 km yürüş məsafəsinə malik olacağı söylənilir. Elektrokarların təxmini qiyməti 200-400 min avro arasında olacaqdır. Çox güman ki, bu layihəni həyata keçirmək üçün Automobili Pininfarina, ona elektrokarlar üçün platformanbı hazırlamaqda yardım göstərəcək başqa iri avtomobil istehsalçısı ilə tərəfdaşlıq edəcəkdir.

Hazırda Pininfarina qarşısında duran əsas məsələ Battista hiperkarının istehsalıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...