Samsung şirkəti Galaxy Note 10 modellərini təqdim etdi

Date:

Paylaş:

Çoxlu sayda ortaya çıxmış məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda yeni Galaxy Note 10 smartfon seriyasını təqdim etdi. Təqdim olunmuş yeni smartfon modelləri əvvəlki modellər ilə müqayisədə bir sıra yeniliklər əldə ediblər. Şirkət sözügedən smartfon seriyasının texniki göstəricilərini, dizaynını, kameralarını və S Pen stilusunu təkmilləşdirib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə şirkət Galaxy Note 10 ilə Galaxy Note 10+ modellərini təqdim edib. Galaxy Note 10+ modeli sözügedən smartfon seriyasının ən böyük ölçülü smartfonu olub. Belə ki, smartfonun 3040×1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekranı ön panelin 94.2%-ni əhatə edir. Adi Galaxy Note 10 modeli isə 3040×1440 piksel keyfiyyətli 6.3 düym Dynamic AMOLED ekranla təchiz olunub.

Hər iki smartfonun ekranı Gorilla Glass 6 qoruyucu şüşəsi ilə əhatə olunub və hər iki smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Keçən ilki modeldən fərqli olaraq yeni modellərdə xarici görünüşdən əlavə olaraq ümumilikdə dizayn dəyişikliyi baş verib. Belə ki, yeni modellərdə ön kamera modulu ekranın mərkəzi hissəsinə keçirilib və o, dairəvi çıxıntı hissənin daxilində yerləşdirilib. Bununla belə smartfon yuxarı hissədən qalın çərçivədən məhrum olub. Bundan əlavə olaraq yeni Galaxy Note 10-da olan daha bir yenilik ondan ibarətdir ki, Bixby səsli köməkçisinin işə salınması funksiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Barmaq izi skanı texnologiyası isə hər iki smartfonun ekranına inteqrasiya edilib.

Samsung  Galaxy Note 10
Samsung Galaxy Note 10

Ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologyası istifadəçi barmağının ekrana toxunuşunu sürətli və dəqiq şəkildə təyin edə bilir. Bununla yanaşı həmin texnologiya smartfon sahibinin barmaq izinin əks olunduğu fotonun əsl barmaq izi kimi təqdim olunduğu zaman smartfonu blokdan çıxartmır. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy Note 10 Exynos 9825 / Snapdragon 855 prosessoru, Mali-G72 MP12 GPU qrafik sürətləndirici, 8 GB RAM, UFS 3.0 standartlı 256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.5 – f/2.4 dəyişkən diafraqmalı genişbucaqlı obyektiv, Dual Pixel PDAFOIS) + 12 MP (f/2.1 diafraqmalı teleobyektiv, avtofokus, OIS, ikiqat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı obyektiv) üçlü arxa kamera, 10 MP -lik (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) ön kamera və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Samsung  Galaxy Note 10
Samsung Galaxy Note 10

Galaxy Note10+ modeli öz texniki göstəricilərinə görə bir qədər fərqlənir. Belə ki, o, 4 arxa kamera moduluna sahibdir və dördüncü kamera modulu 3D ToF-dur. Bununla yanaşı Galaxy Note 10+ modeli 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub və həmçinin naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Həmçinin Plus modeli 12 GB RAM və 512 GB daxili yaddaş ilə də təchiz olunub. Digər özəlliklər baxımından isə smartfonlar eynidir. Hər iki model One UI 1.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda olan Game Booster özəlliyi smartfonun neyron blokunu işə salaraq mobil oyunların optmizasiyasına imkan verəcək.

Smartfonların çəkiliş özəllikləri sırasına Advanced Super Steady adlı təkmilləşdirilmiş stabilizasiya funksiyası, Live Focus rejmində effektlərin əlavə olunması, göstərilmiş səs mənbəsinə uyğun adaptasiya texnologiyası Zoom-in Mic, smartfon sistemində videoredaktor, photo-in-photo rejimi ilə ekran görüntüsünün yazılması, video və fotolar üçün AR effektlərin yaradılması, ToF modulu vasitəsilə 3D modellərin yaradılması var. Ənənəvi olaraq yeni smartfonlar həmçinin S Pen stilusuna sahibdirlər. Yeni nəsil S Pen stilusu 3 mm qalınlığa sahibdir və onun litium-ion batareyası 10 saat çalışa bilər.

Yenilənmiş S Pen-in əsas özəlliklərindən biri də odur ki, 10 metr məsafədə onunla jestlər vasitəsilə idarəetmə reallaşdırmaq mümkündür. S Pen vasitəsilə jestlərlə idarəetmə funksiyası S Pen Air adını əldə edib. Smartfonda olan yenilənmiş DeX rejimi vasitəsilə smartfonu Windows və macOS əməliyyat sistemli kompüterlərə qoşmaq olar. Bu qoşulma USB giriş vasitəsilə reallaşdırılır. Beləliklə Galaxy Note 10 modeli 23 avqust tarixində satışa çıxacaq. 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10 modeli 949$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli 1099$-a, 512 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli isə 1199$-a satılacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...