20-30 yaş arası kişilər dəblə əlaqədar olaraq gec-gec təraş etməyə başlayıblar.
Belə saqqal saxlamaq dəbi isə iri təraş brendi olan Gillette-in satış bazarına mənfi təsir edib. Bu barədə Market watch portalı yazır.
Procter & Gamble 2019-cu ilin ikinci rübünün nəticələrinə görə 5 milyard dollar zərər görüb. Şirkət bunu Gillette biznesinin dəyərinin yenidən qiymətləndirilməsi ilə əlaqələndirib.
“Təraş sayının azalması ülgüclərin və təraş alətlərinin də satış həcminin azalmasına gətirib çıxarıb” – deyə, P&G-nin maliyyə direktoru bildirb.
Kişilərinsə dəbdən başqa digər bir arqumenti də odan ibarətdir ki, təraş alətləri üçün olan ülgüclü başlıqlar bahadırlar.