Intel şirkəti Huawei ilə məkdaşlığı bərpa edib

Date:

Paylaş:

Görünür, ABŞ prezidenti Donald Trump-ın söz verdiyi kimi Huawei ilə ABŞ hökuməti arasındakı münasibətlər yaxşılaşmağa doğru gedir. Belə ki, Intel şirkəti Huawei il əəməkdaşlığı bərpa edib. Bu barədə Business Insidersaytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ-ın ticarət nazirliyi tərəfindən Huawei şirkəti qara siyahıya salınandan sonra bir çox ABŞ şirkəti onunla əməkdaşlıqdan imtina etmişdi.

Onların arasında Intel şirkəti də var idi. Lakin indi Intel şirkətinin general direktoru olan Bob Swan təsdiqləyib ki, şirkət ikinci rübdə Huawei ilə əməkdaşlığı bərpa edib və onun üçün çip istehsalına yenidən başlayıb. İlk növbədə bu, noutbuk modelləri üçün olan prosessorlardır. Intel bildirib ki, o, ABŞ qanunvericiliyinə tabe olub və əməkdaşlıq üçün dövlətdən icazə istəyib. Dövlət isə ümumi istifadə üçün nəzərdə tutulmuş çiplərin satılmasına icazə verib. Bununla yanaşı ABŞ hökuməti yaxın müddətdə Intel şirkətinin digər məhsullarının satılması məsələsinə də baxmalıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...