Rusiyanın “StartRocket” şirkəti, “orbital bilbord” layihəsi üçün ilk müştərisini tapıb: bu, Amerikanın “Pepsi” şirkəti olacaqlar. Reklam Yer kürəsinin orbitində peyklər vasitəsilə nümayiş olunacaqdır.
Yollar boyunca reklam plakatlarını görəndə əsəbləşirsiniz? Bu, heç nədir. “StartRocket” şirkəti reklamı yeni bir səviyyəyə – göy üzünə qaldırmağı planlayır. Layihə 2021-ci ildə realizə olunacaq.
“StartRocket” in ilk müştərisi isə Amerikanın “PepsiCo” korporasiyası olacaqdır. O, göy üzündə istehsal etdiyi məhsullardan biri olan Adrenaline Ruch enerji içkisini reklam edəcəkdir.
Bir nümayişin müddəti altı dəqiqəyə qədər davam edəcək, peyklərin uçuş hündürlüyü isə 400-500 kilometr təşkil edəcək. Müqavilənin dəyəri açıqlanmır, lakin məlum olmuşdur ki orbital lövhənin səkkiz saatlıq işi 20 000 dollara başa gələcək.
Əlbəttə ki, göy üzündə reklamın yerləşdirilməsi ilə bağlı planlar müxtəlif tərəflərdən olduqca gözlənilən tənqidlərlə üzləşmiş olub. Birincisi, heç kim bezdirici reklama baxmaq istəmir. İkincisi, alimlərin fikrincə, bu, kosmik aparatların bir-biri ilə toqquşmasının ehtimalını yüksəldir.