Paytaxt müəssisələrində bu il 400 milyon manatlıq tikinti materialı istehsal edilib

1
858

2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 18,1 faiz artaraq 400,1 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sement istehsalı 25,2 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,5 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 52,9 faiz, tikinti kərpicinin istehsalı 65,3 faiz artıb, tikinti əhəngi istehsalı isə 10,1 faiz artıb.

1 COMMENT