Əsas səhifə Məqalələr Paul Graham: Əsl startapçı həyatı necə olur?

Paul Graham: Əsl startapçı həyatı necə olur?

53
Paylaş

Paul Graham tanınmış amerikalı sahibkar, “Y Combinator”un təsisçisi, “startapçı bibliyaları” – Hackers & Painters kitablarının müəllifidir.

Startup School-dakı çıxışımda bilmirdim ki, nədən danışsam daha yaxşı olar, ona görə də  bu barədə maliyyələşdirdiyimiz startapların təsisçilərindən soruşmaq qərarına gəldim. Daha nə barədə yazmamışam?

Vəziyyətim maraqlıdır: startaplar barədə yazdığımı təcrübədə yoxlaya bilirəm. Başqa mövzularda olan mətnlərimin də normal olduğuna ümid edirəm, amma bunu yoxlamaq mümkün deyil. Startaplar haqqında yazdıqlarımı isə hər yarım il təxminən 70 nəfər adam öz üzərində sınaqdan keçirir.

Ona görə də mən birlikdə işlədiyim sahibkarların hamısına məktub göndərib xahiş etdim ki, startaplarında onları daha çox nəyin heyrətə gətirdiyini desinlər. Bu tələbimin digər bir məqsədi – nəyi düzgün etməmişəm: axı hər şeyi kifayət qədər yaxşı izah etmiş olsaydım, onları heçnə təəccübləndirməməli idi.

Cavablardan biri məni çox sevindirdi: “Məni daha çox hər şeyin qabaqcadan məlum olması təəccübləndirib!”

Pis xəbər ondan ibarətdir ki, mən sahibkarların toxunduqları sürprzilərlə dolu yüzlərlə cavabla qarşılaşdım. Bu cavablarda açıq-aydın görünür: insanları çox vaxt eyni şeylər təəccübləndirir. Ən əsas mövzular bunlardır.

1 . Həmtəsisçi seçərkən ehtiyatlı olmaq lazımdır!

Bu sürpriz barədə sahibkarların əksəriyyəti danışıblar. İki növ cavab vardı: həmtəsisçiləri seçərkən diqqətli olmaq və münasibətləri qoruyub saxlamq üçün çox çalışmaq lazımdır.

İnsanların bəziləri həmtəsisçi seçərkən onun bacarığına deyil daha çox xarakter və işə bağlılığına diqqət yetirməyin vacibliyini bildiriblər. Bu fikir ən çox da startapı iflasa uğrayanlara məxsus olub. Dərs: sizi pis vəziyyətdə qoya biləcək həmtəsisçilərdən uzaq durun.

Tipik cavab: “Startapda onunla birlikdə işləməyincə adamın əslində necə biri olduğunu heç vaxt bilə bilmirsən”.

Xarakter çox vacibdir, belə ki, o, digər vəziyyətlərdən daha çox startapda ciddi yoxlamadan keçir. Sahibkarlardan biri həmtəsisçilər arasındakı münasibətlərin onların bacarıqlarından daha vacib olduğunu açıqca söyləyib: “Mən tanımadığım bacarıqlı birindənsə tanıdığm dostumu tərəfdaş seçərdim. Startaplar çox çətin və emosional olurlar, beləliklə də, dostluğun verdiyi emosional və sosial dəstək, sıx əlaqələr bacarıqsızlığı ört-basdır edir”.

“Y Combinator”da da biz çoxdan artıq bu dərsi öyrənmişik: anketlərimizdəki suallar daha çox işə hazır olmaq və qurucuların bacarıqlarındansa onların arasındakı münasibətlər barədədir.

Uğurlu startap qurucuları tərəfdaş seçimindən az bəhs ediblər və daha çox münasibətlərin davamlı olmasında çətinliklərlə qarşılaşdıqlarını deyiblər:

“Mənə startapçılar arasındakı dostluğun praktiki olaraq daha da yaxın münasibətlərə çevrilməsi maraqlı gəlib. Biz həmtəsisçimlə əvvəlcə sadəcə dost idik, sonra isə daha tez-tez görüşməyə başladıq. Startap bizim sanki övladımız idi.

2 . Startap sənin həyatını əlindən alır.

Startap idarə etmək hardasa işləmək və ya təhsil almaqla eyni şey deyil: dayanmaq yoxdur.

“Mən praktiki olaraq hər dəqiqəmin startapdakı işlərimə və ya onunla bağlı düşüncələrə gedəcəyini ağlıma belə gətirmirdim.Şirkət qurmağa başlayan kimi həyatın təmamilə dəyişir”.

İşlər startapın sürətli həyat tempini çətinləşdirir. Sanki vaxt gec gedir:

“Məni daha çox zamanla bağlı təsəvvürümün necə dəyişməsi təəccübləndirib. Elə bil vaxt uzanır və bir ay sənə sanki çox uzun müddət kimi gəlir”.

Hər şey ürəyinizcədirsə bu yüklənmə xoş təsir bağışlayır:

“Startapın səni necə özünə çəkməsi maraqlıdır: sən gündüz də gecə də onun haqqında düşünürsən, amma bu heç vaxt adama “iş” kimi gəlmir”.

Amma qeyd edim ki, bu sitat bizdən bu yay maliyyə əldə etmiş bir nəfərə aiddir və ola bilsin ki, artıq yarım ildən sonra o, bu fikirdə olmayacaq.

3 . Bu sadəcə “amerikan karuselidir” (eniş-yoxuşlar)

Startapların eniş-yoxuşlu olması çoxlarına ekstremal təsir bağışlayıb və onları dəhşətə gətirib:

“Emosional dəyişikliklər mənim üçün əsas sürpriz olub. Günlərin biri günü sən baxırsan ki, sanki yeni bir Google yaratmısan və artıq ada almaq həvəsi ilə yaşayırsan; amma səhəri gün hər şey tamam əksinə dəyişir və sizi sevənlərə iflasa uğradığınızı necə deyəcəyiniz barədə düşünməli olursunuz və beləcə eniş-yoxuşlu ardıcıllıq davam edir”.

Bu məqamda təbii ki, ən xoşagəlməz dövr eniş dövrüdür. Belə çətin anlarda hər kəsdə motivasiya gücünü qoruyub saxlamaq da çox çətin olur.

Unutmaq lazım deyil ki, işləməyin də artıq  mümkünsüz olduğu dərəcədə iflasa uğradığınızda belə, bu dünyanın sonu demək deyil. Bir çox tanınmış sahibkarların uğura gedən yolları məhz uğursuzluqdan başlayıb.

4 . Bu əyləncəlidir

“Mən işimdən zövq alıram, amma şirkətləri olmayan dostlarım barədə eynisini deyə bilmərəm”.

Ən çox azadlıq adama xoş gəlir:

“Mən inandığın çətin və yaradıcı bir işlə məşğul olmağın necə xoş təsir bağışladığından heyrətə gəlmişəm. Bu muzdlu işçi kimi işləməkdən daha yaxşıdır. Bilirdim ki, əla olacaq – amma bu qədər də olacağına çox təəccübləndim”.

Düzü, insanlarda çaşqınlıq yaratmış olsam belə bunu düzəltməyə tələsən deyiləm. Yəni, insanların startap yaratmağın ciddi, çətin bir iş olduğunu düşünmələri, ona, bunun əyləncəli olacağı düşüncəsi ilə başlamalarından və bir neçə aydan sonra isə “budur əyləncəli dediyiniz? Yoxsa bizi ələ salırsınız?” demələrindən daha yaxşıdır.

Bu həqiqətən də bir çoxlarına əyləncəli gəlməyəcək. Ərizələri qəbul edərkən, biz startapçılıqdan xoşlanmayanları götürməyə çalışırıq – bu həm onların həm də bizim marağımızdadır.

Daha yaxşı olar ki belə deyək: startapa başlamaq – onun ayaqda qalmaq anında əyləncəli ola biləcəyi təqdirdə əyləncəlidir, əgər belə olması xoşunuza gəlirsə. Yox əgər gəlmirsə – əyləncəli olmasından söz belə gedə bilməz.

5 . Əsas əzmkarlıqdır (dözümlülük)

Təsisçilərin çoxu startaplarda əzmkarlığın nə qədər vacib olduğuna təəccübləniblər. Bu, həm pozitiv həm də neqativ sürprizdir. Bəzilərini nə dərəcədə dözümlü olmağın lazım olması təəccübləndirib:

“Hamı necə məqsədyönlü və mətin olmağın lazım gəldiyini deyir, amma işin gedişatında mən bunun hələ az olduğunu anladım”.

Bir digərlərinə isə maneələri dəf etmək üçün təkcə dözmülü olmağın kifayət etməsi maraqlı gəlib:

“Əzmkar olanda hətta nəzarətinizdən kənar problemlər belə (məsələn, imiqrasiya) öz-özünə həll olunur”.

Bir sıra təsisçilərsə daha səmimi olaraq dözümlülüyün hətta təfəkkürdən də daha vacib olmasına təəccübləndiklərini etiraf ediblər.

Bura nəinki təfəkkür  ümumilikdə bacarıqlar da aiddir. Elə məhz  buna görə də bir çox insanlar tərəfdaş seçimində xarakterin vacibliyini vurğulayırlar.

6 . Uzaq perspektivlər üzərində düşünün

Dözümlülük ona görə lazımdır ki, hərşey başlanğıcda gözlədiyindən də daha çox vaxt aparır. Bir çoxlarına məhz bu maraqlı gəlib:

“Mən daim hər şeyin necə uzanıb getdiyinə təəccüblənirəm. Məhsul yaxşı inkişaf etməyəndə hazırlanmasından əməliyyata kimi düşündüyündən də  2-3 dəfə daha çox vaxt tələb edir”.

Sahibkarların bəziləri ona təəccüblənirlər ki, özləri sürətlə işləyə bildikləri halda başqaları bunu edə bilmirlər, hərçənd onlardan bunu gözləyirlər. Belə olan halda da startap bürokratiya strukturu ilə üz-üzə qalır – böyük şirkət və ya vençur fond – kütləvi stress halı yaşanır. Buna görə də vəsait cəlb edilməsi və korporativ bazar çoxlu sayda startapı məhv edir.

Amma məncə təəccüblənməyə əsas səbəb – ifrat dərəcədə əminlikdir. İnsanlara elə gəlir ki, onlar anidən uğur qazanacaqlar, eynilə YouTube və ya Facebook kimi. Onlara deyəndə ki, 100 uğurlu startapdan ancaq birində belə bir trayektoriya olur, onlar dərhal düşünürlər: “ Elə isə həmin o biri biz olacağıq”.

Onlar uğurlu təsisçilərdən birinin fikrindən nümunə götürməlidirlər:

“Bununla məşğul olmazdan öncə başa düşmədiyim əsas şey əzmkarlığın hər şeydən öndə gəlməsi idi. Uğurlu startapların əksəriyyəti minimum 3 il, ən çoxu isə 5 ildən də artıq bir yol qət etməli olurlar”.

Uzun perspektivlər barədə düşünməyin müsbət tərəfləri var. Və lazım olanından da artıq gözləməli olmağınız elə də qorxulu deyil. Səbrlə işləyirsinizsə, heç bir stress yaşamayacaqsınız və işiniz də əla alınacaq:

“Narahatlıq keçirmədiyimizə görə gördüyümüz işdən də çox rahatlıqla zövq alırıq. Uduzmamaq arzusundan irəli gələn gərgin, narahat enerjidən daha artığı yoxdur. Biz ancaq şirkət, məhsul və müştərilər üçün nəyin  düzgün olduğuna fikrimizi yönəldə bilərik”.

Buna görə də minimal gəlir əldə edəndə hər şey daha da yaxşı olur. Siz sadəcə digər bir iş rejiminə qoşulursunuz.

7 . Xırdalıqlara diqqət etmək lazımdır

Biz çox vaxt qeyd edirik ki, startaplar istisna hallarda ancaq hansısa sehrli ideya hesabına qalib gəlirlər. Amma bir çoxları bunun startapların daxili işləri üçün də qəbuledilən olmasına təəccübləniblər. Bir çox fərqli işlərlə məşğul olmaq lazımdır:

“Bu, qlamurdan daha çox rutindir.  Mənim Swedish Windows isveç versiyasının yüklənməsi zamanı qəribə bir səhv aşkarladığım və ya birbaşa direktorlar şurasının qarşısında özünü göstərən maliyyə modelindəki axsaqlığın şahidi olduğum vaxtlar oldu”.

Təsisçi-proqramçıların əksəriyyəti böyük məmnuniyyətlə bütün vaxtlarını kodlaşdırmaya həsr edərdilər. Amma bu nəticə verməyəcək – əks halda onları uğursuzluq gözləyir. Və bu, hətta kodlaşdırmanın özünə də aiddir – çox istisna hallarda uğura zəmanət verən əla bir kod parçası tapılır. Lap tapılsa da belə, bunu sonradan bilirsiniz.

Beləliklə də, ən yaxşı strategiya – çoxlu fərqli şeyləri yoxlamaqdır. Adətən bütün yumurtaları eyni bir səbətə yerləşdirmək məsləhət görülmür, hətta hansı səbətin daha yaxşı olduğunu bilsəniz belə. Startapda isə bu heç bilinmir də.

8 . Ən azdan başlayın

Bir çox sahibkarlar ən sadə məhsuldan başlamağın vacibliyini bildirblər. Artıq hamı bilir ki, məhsulu tez bir zamanda buraxılışa verib daim onu təkmilləşdirmək lazımdır. Amma yenə də bir çoxları bu tələbdən uzaq durmağa çalışırlar. Niyə ilk versiyaya bu qədər çox vaxt gedir? Adətən məsələ qürurda olur: əla ola biləcək bir məhsul buraxmaq istəmirik. Bir də narahatlıq da buna səbəbdir: insanlar nə deyər? Amma bunu aşmaq lazımdır:

“İlk baxışdan sadə nəsə birşey edirsinizsə, bu o demək deyil ki, işiniz mənasız, dəyərsiz və əsassızdır”.

İnsanların nə deyəcəyinə görə narahat olmayın. Əgər ilk versiyanız “troll”ların lağ etməyə heç tapa bilməyəcəyi qədər təsirli olsa demək ki, siz məhsulun buraxılışını çox gözləmisiniz.

Həddindən çox işləmələr – zəhər kimidir. Bu, yeni mənfəətlər naminə əlavə iş demək deyil: bu, eynilə yalan danışıb sonra da onu təsadüfən təkzib etməmək üçün daim xatırlamaq kimi birşeydir.

9 . İstifadəçiləri cəlb edin

Məhsulun hazırlanması – istifadəçi ilə məhsulun təqdimatından dərhal sonra baş verən söhbətdir. Məhsulun təqdimatına qədər isə siz sanki cinayətin qurbanına şübhəli şəxsin fotorobotunu göstərməyə hələ imkan tapmamış bir polis rolunu oynayırsınız.

“Mən startapın ilk addımlarına nəhəng bir eksperiment kimi baxıram. Bütün məhsullar eksperiment hesab olunmalıdır və real bazarı olan məhsullar isə tez bir zamanda yaxşı nəticələr verirlər”.

“Müştərilərə əslində nə istədiklərini demək imkanı yaratdığınızda onlar üçün nəyin dəyərli olduğunu və nəyə görə pul verməyə hazır olduqlarını artıq bilmiş olursunuz”.

10 .Əsas ideyanızı dəyişin

İstifadəçilərlə ünsiyyətin fayda verməsi üçün öz baza ideyanızı dəyişməyə hazır olmalısınız. Startapçıları, həmişə ideyalarında hazır planı deyil hipotezi görməyə təşviq etmişik. Onlar bunun faydalı olmasına təəccüblənirlər:

“Stratapda düşünürəm ki, həlli asan olan problemləri axtarıb tapmaq lazımdır”.

Yerində dayanıb dözüm nümayiş etdirməkdənsə irəli getmək, amma bununla belə ən perspektivli yolu tapmaq üçün geri də dönüb baxmaq lazımdır.

İnsanlar startapların ideyalarını dəyərləndirməyin necə çətin olduğunu  başa düşmürlər, xüsusən də bu onların öz ideyası olanda. Təcrübəli sahibkarlar hər şeyə açıq olmağı öyrənirlər:

“Artıq ideyalara gülmürəm, çünki onların yaxşı yoxsa pis olduqlarını əvvəllər müəyyən edə bilmədiyimi anlamışam”.

Heç vaxt nəyin yaxşı alınacağını bil bilmirsən. Sadəcə real zamana görə nisbətən daha yaxşı olan işi görmək lazımdır.

11.Rəqibləri düşünməyin

Rəqiblərinizə heç vaxt təhlükə kimi baxmayın. İlk baxışdan belə təəssürat yaratsalar belə, diqqətlə baxdığınızda adətən bunun heç də belə olmadığını görəcəksiniz. Hətta istiqamətlərdə fəaliyyət göstərsəniz belə məqsədləriniz fərqli olur.

İnsanlar ideyaların əhəmiyyətinə dəyər verdiklərindən rəqiblərinə əsəbi reaksiya göstərirlər. İdeyalar uğurun əsas sirri olmuş olsaydılar eyni həmin ideyanı tapan rəqib əsl təhlükə sayılardı. Amma adətən əsas icra etmək olur:

“Yeni rəqibin ortaya çıxmasına səbəb olan bütün qorxular sayılı həftələrdən sonra yox olurlar. Nəticədə, maraqlı olan ideyalar deyil,  sizin öz məhsulunuzun necəliyi və bazara necə çıxmağınızdır.

Bu, hətta rəqiblərinizin diqqəti öz üzərlərinə çəkməyə nail olduqları halda belə doğrudur:

“Bloqqerlərin rəylərinə tuş gələn rəqiblər əsl qaliblər hesab olunmurlar, onlar sürətlə oyundan çıxa bilərlər. Sizə rəylər deyil, müştrəilər lazımdır”.

12 . Müştəri tapmaq çətindir

Bir çox sahibkarlar müştəri tapmağın necə çətin olmasından şikayətləniblər. Müştəri tapa bilməyəndə problemin nədə olduğunu bilmək olmur – sizi yaxşı tanımırlarmı yoxsa məhsulunuz pisdirmi. Ən yaxşı məhsullar belə inteqrasiya və ya keçid xərclərinə məruz qalırlar. YC ünvanına ən sərt tənqidi,  müştəri cəlb edilməsi barədə kifayət qədər danışmadığımızı deyən bir sahibkar səsləndirib:

“YC”   “insanların istədiklərini edin” şüarı mühəndisə verilən tapşırıq təsiri bağışlayır: çoxlu sayda insanı qane etməyincə və qərarın nəticə verməyincə dayanmadan fəaliyyət göstərmək. Amma müştərilərin necə cəlb edilməsinə çox az diqqət ayrılır”.

Ola bilər ki,elə belədir. Texniki məhsul buraxırsınızsa rəylərə və məsləhətlərə yönələ bilərsiniz, necə ki, bunu Google edib. Amma başqa startaplarda əsas funksiyalar deyil, marketinq və əməliyyatlar bağlamağı bacarmaqdır.

13.Əməliyyatlar: pis nəticəyə hazır olun

Sövdələşmələr pozulur. Bu, startaplar üçün sabit haldır. Startapların gücü olmur, yaxşı ideyalar isə adətən səhv olurlar. Ona görə də sizinlə razılıq imzalayanların hamısı əsəbləşirlər və siz bununla heçnə edə bilmirsiniz.

Bu əsas da səhmdarlara aiddir:

“Ümumiyyətlə heç bir xarici investisiya əldə etməyəcəyik hipotezindən çıxış edərək fəaliyyət göstərsək çoxdan, gəlir mənbələrinə diqqət yetirməyin daha yaxşı seçim olduğu bizə məlum olmuş olar”.

Məsləhətim – pessimizm lazımdır. Düşünün ki, pul qazanmayacaqsınız və əgər kimsə sizə nə qədərsə təklif etmiş olsa da,  belə hesab edin ki, bundan artığı olmayacaq.

Niyə təsisçilər məni rədd edirlər? Əsasən ona görə ki, onlar təbiətcə optimistdirlər. Amma nəzarətinizdən kənar məsələlərdə optimist olarkən səhvə yol verirsiniz. Nəsə möhtəşəm birşey yarada bilməyinizin özü belə optimizm yaratmalıdır. Amma bu optimizmi iri şirkətlər və investorlar yaradanda bu,  problemlərin yaxınlaşması deməkdir.

14.Səhmdarlar heçnə anlamırlar

Bir çox sahibkarlar səhmdarların qanmazlığından təəccübləndiklərini deyiblər:

“Onlar hətta nəyə yatırım etdiklərini belə bilmirlər. Mən bir cihaza yatırım edən investorlar görmüşəm ki, onlardan həmin cihazı nümayiş etdirməyi istəyəndə onu necə qoşmağı heç bilməyiblər”.

Niyə vençur investorların qanmazlığı belə təəccüb yaradır? Məncə ona görə ki, onlar belə daha maraqlı təsir bağışlayırlar. Peşələri budur. Aktivləri idarə edəni sənə yüz milyonlarla dollarlar əmanət etməyə inandırmadan vençur səhmdar olmaq olmaz. Bəs bunu necə etmək lazımdır? Özünə arxayın görkəm almalı və texnologiyalardan anlayışın varmış kimi təsir bağışlamalısan.

15.Oyun oynamaq lazım gəlir

Səhmdarlar sahibkarları qiymətləndirməyi bacarmırlar, ona görə də özünüzü onlara istədiyinizdən daha da artıq səylə yaxşı tərəfdən göstərməyə çalışmalısınız. Bir sahibkar deyib ki, startapçıların özlərindən uydurma əminliyinin investorları təsirləndirməsi onu heyrətə gətirib.

Mənə elə gəlirdi ki, vençur səhmdarlarla oyunbazlıq edən tək mənəm, amma sahibkarlar daha oyunbaz imişlər: “Startap yaradıcılarının gördükləri işlərin çoxu sadəcə bir görüntüdür. Bu isə yaxşı işləyir”.

Vençur səhmdarlar öz tərəfdaşlarına əminlik nümayiş etdirməklə pul qazanırlar, təsisçilər isə vençur səmdarlara inamlarını göstərməklə pul qazanırlar.

16 . Uğur – bu, çox vacibdir

Tanınmış startapları xatırlasaq uğurun nə qədər vacib olduğunu açıq aydın görmüş olarıq. IBM eksklüziv DOS lisenziyası üzərində təkidlə dayansaydı Microsoft harda olmuş olacaqdı?

“Startapımızı quranda mən bunun bacarıqlılar üçün bir oyun olması startapçı xəyalından ruhlandım. Hansısa anlamda bu elə belədir də. Bacarıqlar – qiymətləndiriləndir. Amma  uğur daha vacibdir”.

Uğur barədə, startapları iflasa uğrayanlar danışmırlar. Uğursuzluğa düçar olan təsisçilər özlərini günahlandırmağa meylli olurlar. Amma tez bir zamanda irəli gedənlər isə necə şanslı olduqlarını bilmirlər. Ortada olanlar da uğurun necə vacib olduğunu görürlər.

17. Toplum dəyəri

Bir çox sahibkarlar startapçılıqda onları daha çox insanlar toplusunun necə dəyərli olmasının təəccübləndirdiyini deyiblər: “Silikon Vadisində yaşamaq böyük üstünlükdür. Belə ki, burada qabaqcıl texnologiyalardan və startap xəbərlərindən yan keçmək olmur və daim faydalı insanlarla qarşılaşırsan”.

Onları daha çox insanların xeyirxahlığı, “hər zaman bizə kömək etməyə hazır olmaları heyrətləndirir. Hətta bunda heç bir faydası olmayanlar belə startapımıza uğur əldə etməkdə kömək üçün əllərindən gələni ediblər”.

Bu dünyanın bir parçası olmağı sevməyimin bir səbəbi də budur. Sıfır məbləğlə zəngin olmaq mümkün deyil; qalib gəlmək üçün arxadan zərbə endirməyə ehtiyac yoxdur.

18. Hörmətsizlik

Startapçılar startap-aləmdən kənarda hörmətə layiq olmurlar:

“İnsanlarla ünsiyyət zamanı mən gördüm ki, Microsoft Office-də işlədiyimi deyəndə mənə daha çox hörmət bəsləyirlər, nəinki insanların haqqında heç eşitmədiyi hər hansısa kiçik X stratapında işlədiyimi deyəndə”.

Bir tərəfdən məsələ burasındadır ki, startapdan kənar insanlar sadəcə startapları anlamırlar, digər tərəfdənsə ona görə ki, yaxşı startap-ideyaların əksəriyyətinin pis olması ortaya çıxır:

“ Təsadüfi bir adama öz ideyanızdan danışsaz, 95% hallarda yəqin ki, o instiktiv olaraq belə başa düşəcək ki,  səni iflas gözləyir və əbəs yerə vaxtını itirirsən (düzdür, yəqin ki, bunu sizə birbaşa  deməyəcək)”.

19.Artımla hər şey dəyişir

Siyahıda ən böyük sonuncu sürpriz artım başladığında hər şeyin dəyişməsi ilə bağlıdır. Əsas dəyişiklik – proqramlaşdırmanın az olmasıdır:

“Sənin texniki direktor və ya CEO vəzifənin tapşırıqları hər yarım ildə tam olaraq dəyişir. Az proqramlaşdırma, çox idarəçilik/planlaşdırma/təşkilati quruluş üzərində iş, insanlar axtarmaq, problemlərin aradan qaldırılması və ümumiyyətlə, bir neçə aydan sonra nəyin baş verəcəyinə hazır olmaq”.

İndi çox vaxt iş əməkdaşlarla aparılır. Onlarınsa fərqli motivləri olur. Xoşbəxtlikdən, yüksələndə stress azalır:

“Lap əvvəli xatırlasaq, indi artıq stressin 75%-i yoxdur. İndi biznesi idarə etmək daha xoşdur. Özümüzdən daha çox əminik. Daha təmkinliyik. Az mübahisə edirik. Daha çox yata bilirik”.

Yaxşı olardı ki,  bütün uğurlu startaplarda belə olsun, amma 75% yenə də çox optimistdir.

Deməli, məsələ necədir?

İnsanlar startapçılığın onunla məşğul olmayana kimi necə xüsusi bir iş olduğunu anlamırlar. Niyə? Onun niyə xüsusi olduğunu, nə ilə fərqləndiyini bilmək lazımdır. O, işə götürməyə görə fərqlənir. Bütün insanlar üçün əsas iş modeli işə götürülmədir.

Hamının startapdakı işin də eynilə işə alınma kimi olacağını gözləməsi ağlabatandır və bu, sürprizlərin çoxunun izahını verir. Bundan başqa, xoş anların niyə bu qədər yaxşı təsir göstərməsini də izah edir: insanların əksəriyyəti belə bir azadlığı təsəvvürlərinə belə gətirə bilmirlər.

İş haqqında beyində kök salan təsəvvürlərin qarşısını almaq çətin ki, mümkün olsun. Ona görə də ən yaxşısı sadəcə bunun fərqində olmaqdır. Startap yaradarkən düşünürsünüz: “ Hamı bunun əsl ekstrim olduğunu deyəcək”. Sonra isə, yəqin ki, düşünəcəksiniz: “Bunun dəhşətli olmasına inanmaq olmur”. Sürprizlərdən qaçmaq istəyirsinizsə, belə düşünməlisiniz: “Mən isə buna ona görə inanmıram ki, iş modelim işə götürmədir”.