Əsas səhifə Xəbərlər Digər xəbərlər “Panasonic” “Tesla” ilə günəş batareyaları istehsalını dayandırır

“Panasonic” “Tesla” ilə günəş batareyaları istehsalını dayandırır

12
Paylaş

Panasonic şirkəti Tesla ilə Nyu-York zavodunda günəş batareyaları istehsal etməklə bağlı əməkdaşlığa son qoyur. Bu tərəflər arasındakı münasibətlərdə gərginlik yarada bilər, Reuters xəbər verir.

Tesla bildirib ki, “Panasonic”in kənara çəkilməsinin “Tesla”nın hazırki fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. İstehsalın dayandırılması Panasonic şirkətinin zərərli biznesdən yaxa qurtarmaq istəyinə görədir, belə ki, onun məişət elektronikasından komponentlərə strateji keçid etməsi mənfəət artımını ağırlaşdırır.

2016-cı ildə tərəflər əməkdaşlıqla bağlı razılığa gələndə Panasonic Buffaloda zavoda 271,96 mln. dollar qoyacağını bildirmişdi. “Tesla”nın uzunmüddətli öhdəlikləri müqavilənin tərkib hissəsi olub.

Amma Tesla gözlənilmədən ABŞ-da günəş enerjsi sahəsində biznesini ixtisara salır, ona görə də Panasonic şirkəti də əvvəlcədən nəzərdə tutulduğu kimi günəş batareyalarını Solar Roof günəş dam plitələri üçün “Tesla”ya satmaqdansa onların böyük bir hissəsini əcnəbi müştərilərə satmaq məcburiyyətində qalır.

Panasonic özünün digər ölkələrdəki günəş batareyaları istehsalını da artıq dayandırıb. Bu, daha ucuz asiyalı rəqiblərinin təzyiqləri fonunda baş verib.

“Panasonic”in günəş batareyaları istehsalı üzrə əməkdaşlıqdan çıxması həm də “Tesla”nın günəş biznesi ilə bağlı qeyri-müəyyənliyi gücləndirəcək. Bu məsələ isə “Tesla”nın şirkəti aldığı 2016-cı ildən bəri göstəricilərin zəifləməsinə görə daim diqqət mərkəzindədir.