Yaxın iki il ərzində Mazda yeni modellər istehsal etməyəcək və avtomobil yenilənməsi də həyata keçirməyəcək. Belə ki, şirkət yeni platforma üzərində işləyəcək. Bu barədə AutoConsulting Nikkei Asian Review-ə istinadən xəbər verir.
Nəşriyyatın verdiyi məlumata görə, Mazda iki illik fasilə götürməyi planlaşdırır. Bu, şirkətə yeni model çeşidləri strategiyasını həyata keçirməyə hazırlaşması üçün lazımdır.
Plana görə Mazda şirkəti 2023-cü ilə yeni arxa ötürücülü paltforma və bir neçə həm benzin, həm dizel, həm də hibrid sistemli altısilindrli motorlar üzərində işləməyi düşünür.
Belə hesab edilir ki, şirkətin yeni platformasının bazasında daha iri və müasir modellərin olması “Mazda” üçün öndəgedən brendlər kateqoriyasına daxil olmaq imkanı yaradacaq. O, bununla eyni zamanda ən azından Lexus və İnfiniti kimi markalarla, hətta “alman üçlüyü” ( Audi, Mercede-Benz, BMW) ilə də rəqabət apara biləcək.