“Ozon” internet-reteyleri 2020-ci il ərzində çatdırılma xidmətini dəyişdirib loqistik onlayn-platformaya çevirməyi planlaşdırır. Artıq reteylerin sifarişlərinin böyük bir hissəsini tərəfdaşları – kiçik və orta biznes müəssisələri çatdıracaqlar. Öz kuryerlərinin isə sadəcə sayı azalacaq. Çünki şirkət qeyd edib ki, ştat kuryerlərindən də tam olaraq imtina etməyəcək.
Bu addımı “Ozon”a şirkətin inkişafına təkan vermək üçün çatdırılmaları əhatələndirməkdə yardımçı olacaq. Belə ki, şirkət ümid edir ki, platformanın istifadəyə verilməsi kiçik loqistik bizneslərin inkişafına və yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və həmin kiçik loqistik bizneslər nəinki “Ozon”, hətta bütün elektron kommersiya bazarı ilə işləyə biləcəklər. Bu da öz nözvbəsində “Ozon”a və bazara bütövlükdə sürətlə inkişaf etməyə şərait yaradacaq.
Qeyd edək ki, bu model istənilən ölçülü yaşayış məntəqələrində kuryer xidmətini həyata keçirməyə imkan verəcək.