2019-cu ilin dörüdüncü rübündə Teslanın maşınlarının sayında artım müşahidə olunub, belə ki, təchizat 23% artaraq 112 min elektroavtomobil olub, şirkət xəbər verib. Rüblük gəlir 2% artaraq 7,38 mlrd. dollar olub, mənfəət isə əvvəlki ilin 140 mln. dollarlıq göstəricisi ilə müqayisədə 105 mln. dollar olub.
WSJ-in analitikləri deyirlər ki, Model 3-ün orta dəyəri dördüncü rübdə 47,7 min dollara düşüb, daha bahalı Model S və Model X-in təchizatı isə 2019-cu ildə 33%-ə enib.
Ümumilikdə, 2019-cu ildə Tesla 367 min elektrik avtomobili istehsal edib, 2020-ci ildə isə şirkət bu göstəricini 500 minə çatdırmağı düşünür. İl ərzində Tesla 862 mln. dollar zərər qazanıb.