Ötən il 10 minə yaxın iş yeri bağlanıb

Date:

Paylaş:

2019-cu il ərzində ölkədə 9400 iş yeri bağlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bağlanmış həmin iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

9,4 iş yerinin bağlanılması ilə bərabər, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb.

Komitədən bildirilib ki, il ərzində yaradılmış iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 29,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 43,8 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 45,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 14,2 faizi tikinti, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi emal sənayesi, 3,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,2 faizi təhsil, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...