Keçən həftə Silikon Vadisindən olan üç şirkət birdən bağlanıb. Onlar Zume, Cafe X və Creator robotlaşdırılmış restoranlarıdır. Bu barədə Fast Company yazır.
Cafe X robotlaşdırılmış kofe-barlar operatoru üç şəbəkəsini bağlayıb və işçilərinin sayını azaldıb. Nə qədər azaltdığı isə məlum deyil.
Robotlar tərəfindən hazırlanmış pizzaları satan Zume startapı 400 işçisini (heyətin 80%-i) ixtisara salıb, bir ofisini bağlayıb və konsepsiyasını dəyişib.
Robotları qamburger hazırlyan Creator şirkətinə isə SoftBank vəd etdiyi maliyyə dəstəyini yerinə yetirməyib.
Qeyd edək ki, bu baş verənləri robotlaşdırılmış restoranların tam sonu kimi adlandırmaq olmaz. Zume şirkəti noyabr ayında yeni investisiyalar axtaranda onu 4 mlrd. dollar dəyərləndiriblər.
Hava limanlarında öz şəbəkələrini yerləşdirməyi planlaşdıran Cafe X isə indiyə kimi 15 mln. dollara çata bilib və yenidən vençur pullar axtarır.
Fast Company yazır ki, insanları işsiz qoyacağını düşünən startaplar üçün bu gözlənilməz olub. İnsanlar 1:0 Robotlar.