Azərbaycanda oteli olan avtovağzal tikilir

Date:

Paylaş:

Sağlamlıq turizminin mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.

Bizplus.az xəbər verir ki, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan 5 turizm mərkəzindən biri də Yeni Avtovağzal Otel Kompleksidir.

Naftalanın mərkəzinə yaxın yerdə yerləşən kompleksin ümumi ərazisi 1 hektar, tikintialtı sahəsi 2509 kvadratmetrdir. Kompleks 10 mərtəbəlidir.

İstifadəyə verildikdən sonra burada 40 nəfər daimi işlə təmin ediləcək.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15%-ni təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...