Opera Hindistanda, Keniyada və Nigeriyada mikrokreditlərin verilməsi üçün dörd Android tətbiqi (CashBean, OKash, OPay və OPesa) buraxıb. Bu barədə Hindenburg Research araşdırmasına istinadən Engadget məlumat verir.
Tətbiqlərdə kredirtlərin verilməsi şərtləri etibarsızdır: məsələn, onlarda bildirilir ki, maksimal faiz qoyuluşu illik 33% təşkil edir. Amma qəzet də təsdiqləyir ki, faiz dərəcəsi faktiki olaraq 438-ə ( Opesa-da) qalxıb.
Bundan başqa, tətbiqlər 91 gündən 365 günə kimi olan kreditlər təklif edirlər, amma real ödəniş müddəti orta hesabla 15 gün, maksimum 29 gündür (Okash). Borclu ödəmədə bir gün geciksə fazilər 876%-ə kimi arta bilər, qəzet yazır.
Ödəmə gecikmələri ilə bağlı problemin olmaması üçün tətbiqlər, borclunun ailəsi və dostları ilə əlaqə yarada bilməkdən ötrü onun kontaktına da giriş əldə edə bilirlər.
2019-cu ilin oktyabrında “Google” öz mağazasında “yalançı və etibarsız” mikrokredit tətbiqləri yerləşdirməyi qadağan edib. Bura əsasən də illik faiz dərəcəsi 36%-dən çox və ödəmə müddəti 60 gündən az olan kreditlər təklif edən tətbiqlər daxildir.
Araşdırmaçılar belə hesab edirlər ki, bununla Opera əsas biznesinin aşağı olan gəlirini qarşılayır. Opera hesabatında mikrokreditlərdən gəlir “Fintech” seqmentində qeyd olunub – 2018-ci ildə o pul gətirməyib, üçüncü rübdə isə şirkətə bütün gəlirdən 42% qazandırıb.
Araşdırmaçılar doğru çıxsalar “Google” Play Store-dan tətbiqi siləcək, “Opera”nın nüfuzuna isə xələl gələcək.