Azərbaycanın kurort məkanları ən yaxşıların reytinqində yer alıb

Date:

Paylaş:

“TurStat” turizm portalı bu qış MDB ölkələrində rusiyalı turistlərin istirahəti və səyahəti üçün ən populyar dağ-xizək kurortlarının reytinqini təqdim edib. Siyahı yanvarın 19-da qeyd edilən Dünya Qar Günü (World Snow Day) çərçivəsində tərtib edilib.

Bizplus.az xəbər verir ki, MDB-də dağ xizəklərində və snoubordlarda sürüşmək üçün ən yaxşı kurortlar Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstanda yerləşir.

MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı dağ-xizək kurortu sırasına Qazaxıstanın “Şımbulaq”, “Altay Alpları”, “Nurtau”, Belarusun “Loqoysk” və “Slilçi”, Azərbaycanın “Şahdağ” və “Tufandağ”, Qırğızıstanın “Karakol” və Özbəkistanın “Çimqan” kurortları daxildir.

Reytinq MDB məkanının qış kurortlarında turların və istirahət təkliflərinin nəticələrinə əsasən təqdim edilib.

Qeyd edək ki, Dünya Qar Günü Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə 2012-ci ildən başlayaraq hər il yanvarın axırıncıdan əvvəlki bazar günü qış idman növləri günü kimi qeyd edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...