Əsas səhifə Xəbərlər Digər xəbərlər OneWeb startapı böhran islahatlarına başlayıb

OneWeb startapı böhran islahatlarına başlayıb

13
Paylaş

İnternetin zəif olduğu ərazilərdə yüksəksürətli internet təminatını həyata keçirən OneWeb startapı bu ilin mart ayının ortalarında ştatının 10%-ni ixtsara salıb. Bu barədə TechCrunch yazır.

Şirkətdən bildiriblər ki, startapa iqtisadi böhran təsir edib və onlar əsas əməliyyatlara cəm olmaq üçün bəzi vəzifələri ixtisara salmalı olublar.

Bundan başqa OneWeb-in mümkün peyk istehsalını da təxirə salacağı istisna deyil.

Qeyd edək ki, yarandığı 2012-ci ildən bəri sözügedən startap SoftBank, Qualcomm, Virgin Group, Coca-Cola kimi şirkətlərdən təxminən 3 mlrd. dollar cəlb edib.