İnternetin zəif olduğu ərazilərdə yüksəksürətli internet təminatını həyata keçirən OneWeb startapı bu ilin mart ayının ortalarında ştatının 10%-ni ixtsara salıb. Bu barədə TechCrunch yazır.
Şirkətdən bildiriblər ki, startapa iqtisadi böhran təsir edib və onlar əsas əməliyyatlara cəm olmaq üçün bəzi vəzifələri ixtisara salmalı olublar.
Bundan başqa OneWeb-in mümkün peyk istehsalını da təxirə salacağı istisna deyil.
Qeyd edək ki, yarandığı 2012-ci ildən bəri sözügedən startap SoftBank, Qualcomm, Virgin Group, Coca-Cola kimi şirkətlərdən təxminən 3 mlrd. dollar cəlb edib.