Ölkədən qaçmış biznesmenin 14 mln. dollarlıq girovu barədə qərar qəbul edilib

Date:

Paylaş:

Tokio Dairə Məhkəməsi ev dustağı olmuş və ölkədən qaçmış “Renault-Nissan-Mitsubishi” avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qonun girovunun müsadirə olunması barədə qərar qəbul edib.

“Bizplus.az” xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.

Qeyd edilir ki, girovun məbləği 1,5 milyard ien (13,8 milyon dollardan çox) təşkil edir.

Fransa, Braziliya və Livan vətəndaşlığına malik Karlos Qon ötən ilin 19 noyabrında Tokio Prokurorluğu tərəfindən həbs olunub.

İstintaqın qənaətinə görə, Karlos Qon “Nissan”ın Direktorlar Şurasının sədri kimi 2010-cu ildən 2018-ci ilə qədər 9 milyard ien (80 milyon dollardan çox) məbləğində mükafatını rəsmiləşdirməyib. Ona qarşı həmçinin başqa ittihamlar da irəli sürülüb.

Qon ötən ilin aprelində həbsxanadan azad olunub və girov müqabilində ev dustaqlığına göndərilib. O, sonradan Türkiyə vasitəsilə Livana qaçıb. Bu səbəbdən Türkiyədə məhkəmə 5 nəfərin həbsi ilə bağlı hökm çıxarıb.

Yaponiya bildirib ki, iş adamının ekstradisiya edilməsi istiqamətində bir sıra addımlar atacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...