Əsas səhifə Xəbərlər Xarici xəbərlər Nyu-Yorkda “koronavirussuz mənzillər” kirayə verilir

Nyu-Yorkda “koronavirussuz mənzillər” kirayə verilir

11
Paylaş

Nyu-Yorkda “koronavirussuz mənzillərin kirayəsi haqqında” elanlar meydana gəlib.

COVID-19 epidemiyası yeni gerçəkliklər yaradır və dünyada qeyri-adi elanların yaranmasına səbəb olur. 

Daşınmaz əmlak kirayəsi üçün Amerika saytlarından birində Nyu-Yorkda “koronavirusdan tamamilə azad” (“Completely Corona Free”) mənzillər təklif olunur.

“Koronadan azad! Epidemiya Nyu-Yorku əhatə edəndən bəri bu mənzildə heç kim yaşamayıb (5 Martdan bəri yeni sakinlər olmayıb). Təmiz, dezinfeksiya ilə … Karantin və ya sığınacaq üçün ideal yer … Yemək bişirmək üçün mətbəx tam təchiz olunub, bununla yanaşı, yaxın restoranlardan yemək sifariş etmək də əlverişlidir “deyən ev sahibləri Manhettendəki evlərini cəlbedici reklamla təklif edirlər.

Ens.az